• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Rusiya Fransanın Yeni Kaledoniya ilə bağlı siyasətini kəskin tənqid edib

27-06-2024, 09:30 | Baxılıb: 229
“Rusiya Fransanın Yeni Kaledoniya ilə bağlı siyasətini kəskin tənqid edib

“Rusiya Fransa hakimiyyətini Yeni Kaledoniyada siyasi fəalların fundamental hüquq və azadlıqlarını təmin etməyə çağırır”.
Diaspor.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın şərhində deyilir.

“Biz Fransa hakimiyyətini Yeni Kaledoniyada siyasi fəalların, eləcə də bu arxipelaqın metropolun baxımsızlığından və müstəmləkə keçmişinin aydın izlərini daşıyan fransız “ədalətinin” hərəkətlərindən əziyyət çəkən bütün sakinlərinin fundamental hüquq və azadlıqlarını təmin etməyə çağırırıq”, - deyə o bildirib.

M. Zaxarova xatırladıb ki, ötən həftənin sonunda Yeni Kaledoniyanın milli-azadlıq hərəkatının 11 tanınmış fəalı, o cümlədən Kaledoniya İttifaqı Partiyasının prezidenti Ten Kristian də saxlanılıb və həbs edilib.

“Onların əksəriyyəti yerli sakinlərin etirazlarına baxmayaraq, öz evlərindən 17 min km uzaqlıqdakı metropolisə aparılıb. Paris həbsdə olan Kanaklara qarşı bir sıra “ittihamlar” irəli sürür. O cümlədən mütəşəkkil dəstənin tərkibində cinayətlərin planlaşdırılması və təhrik edilməsi, hüquq-mühafizə orqanlarının əməkdaşlarını öldürməyə cəhd və s”.

Diplomat qeyd edib ki, saxlanılanlar arasında Kanak Milli Azadlıq Hərəkatının tanınmış siyasi xadimləri də var: “Kanak fəallarının həbsləri və Yeni Kaledoniyadan zorla çıxarılması arxipelaqda gərginliyin yeni mərhələsinə səbəb olub və regionda onsuz da çətin olan siyasi vəziyyəti daha da qəlizləşdirib. Biz ondan çıxış edirik ki, Yeni Kaledoniyada mövcud ictimai-siyasi böhran onun dekolonizasiya prosesinin tam olmamasının nəticəsidir.

Bu gərginliyin artmasına görə məsuliyyəti öz müqəddəratını təyin etmək üçün qanuni hüququnu müdafiə edən yerli xalqın üzərinə atmaqla, onun zorla yatırılmasına arxalanan Fransa özünü müstəmləkə imperiyasının ən pis ənənələri ilə aparır”.скачать dle 10.6фильмы бесплатно


229

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

“Qardabani Təhsil və İnteqrasiya Mərkəzi”ndə 2024–2025-ci tədris ilinin yekun tədbiri keçirilib
Ceyhun Bayramov Xankəndidə pakistanlı həmkarı ilə regional məsələləri müakirə edib
DİN: Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanılıb
İlham Əliyev ECO-nun 17-ci Zirvə görüşünün iştirakçılarının Ağdama səfərindən paylaşım edib
Məsud Pezeşkian bu gün Xankəndidə keçiriləcək İƏT sammitində iştirak edəcək
İran Prezidenti Məsud Pezeşkian Azərbaycana səfərə gəlib

“Qardabani Təhsil və İnteqrasiya Mərkəzi”ndə 2024–2025-ci tədris ilinin yekun tədbiri keçirilib

Ceyhun Bayramov Xankəndidə pakistanlı həmkarı ilə regional məsələləri müakirə edib

DİN: Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanılıb

İlham Əliyev ECO-nun 17-ci Zirvə görüşünün iştirakçılarının Ağdama səfərindən paylaşım edib

Məsud Pezeşkian bu gün Xankəndidə keçiriləcək İƏT sammitində iştirak edəcək

İran Prezidenti Məsud Pezeşkian Azərbaycana səfərə gəlib

Qazaxıstanın Baş naziri ECO-nun 17-ci Zirvə görüşündə iştirak etmək üçün Azərbaycandadır

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri yeni perspektivlər vəd edir

İran yenidən hava məkanını açır

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.