• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Avropa İttifaqı Şurası Aİ-nin yeni liderlərini seçib

28-06-2024, 11:00 | Baxılıb: 329
“Avropa İttifaqı Şurası Aİ-nin yeni liderlərini seçib

Avropa İttifaqında əsas vəzifələri Ursula Fon der Lyayen, Antoniu Koşta və Kaya Kallas tutacaq. İndi onların namizədliyi Avropa Parlamenti tərəfindən təsdiqlənməlidir.
Diaspor.info xəbər verir ki, Avropa İttifaqı ölkələrinin liderləri iyunun 27-də axşam Brüsseldə keçirilən sammitdə blokun əsas institutlarının yeni rəhbərlərinə səs veriblər.

Səsvermə nəticəsində Ursula Fon der Lyayen Avropa Komissiyasının Prezidenti olaraq qalır, Avropa İttifaqı Şurasına Portuqaliyanın keçmiş baş naziri Antoniu Koşta, Aİ-nin xarici siyasət xidmətinə isə Estoniyanın Baş naziri Kaya Kallas başçılıq edəcək.

Onların namizədliyini təsdiq etmək üçün gücləndirilmiş kvalifikasiyalı çoxluğun dəstəyi lazım idi. Buna iki şərtin eyni vaxtda yerinə yetirilməsi ilə nail olunur: Avropa İttifaqının əhalisinin ən azı 65 %-ni təmsil edən 27 üzv ölkədən azı 20-si (72 %) təklifə səs verməlidir.

Ukraynadakı müharibə, Aİ-nin müdafiə və təhlükəsizlik və Yaxın Şərqdəki münaqişə mövzularının müzakirəsindən sonra liderlərin seçilməsi kimi incə mövzu gündəliyin ən aşağısına daşındığı üçün intriqa sammitin ilk gününün sonunadək davam edib.

İndi gələcək liderlər daha bir maneəni dəf etməlidirlər: yeni Avropa Parlamenti onların namizədliklərini və yeni Avropa komissarlarını təsdiq etməlidir. 720 yerlik yeni parlamentdə 190 yerə sahib olan Aİ-nin ən böyük siyasi bloku olan Avropa Xalq Partiyasının əksər deputatlarının Fon der Lyayeni dəstəkləyəcəyi gözlənilir, lakin onun səs çoxluğu əldə etmək üçün digər partiyaların dəstəyinə və Avropa parlamentarilərinin yarısından bir qədər çoxunun səsinə ehtiyacı olacaq.скачать dle 10.6фильмы бесплатно


329

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

“Qardabani Təhsil və İnteqrasiya Mərkəzi”ndə 2024–2025-ci tədris ilinin yekun tədbiri keçirilib
Ceyhun Bayramov Xankəndidə pakistanlı həmkarı ilə regional məsələləri müakirə edib
DİN: Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanılıb
İlham Əliyev ECO-nun 17-ci Zirvə görüşünün iştirakçılarının Ağdama səfərindən paylaşım edib
Məsud Pezeşkian bu gün Xankəndidə keçiriləcək İƏT sammitində iştirak edəcək
İran Prezidenti Məsud Pezeşkian Azərbaycana səfərə gəlib

“Qardabani Təhsil və İnteqrasiya Mərkəzi”ndə 2024–2025-ci tədris ilinin yekun tədbiri keçirilib

Ceyhun Bayramov Xankəndidə pakistanlı həmkarı ilə regional məsələləri müakirə edib

DİN: Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanılıb

İlham Əliyev ECO-nun 17-ci Zirvə görüşünün iştirakçılarının Ağdama səfərindən paylaşım edib

Məsud Pezeşkian bu gün Xankəndidə keçiriləcək İƏT sammitində iştirak edəcək

İran Prezidenti Məsud Pezeşkian Azərbaycana səfərə gəlib

Qazaxıstanın Baş naziri ECO-nun 17-ci Zirvə görüşündə iştirak etmək üçün Azərbaycandadır

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri yeni perspektivlər vəd edir

İran yenidən hava məkanını açır

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.