• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

54 illik hakimiyyətin süqutu – Əsədlər sülaləsinin həzin sonu

10-12-2024, 09:30 | Baxılıb: 355
“54 illik hakimiyyətin süqutu – Əsədlər sülaləsinin həzin sonu

Bazar günü hələ dan yeri ağarmamış diktator deyim, ya zor gücü ilə hakimiyyəti əldə saxlayan deyim, Suriya Prezidenti Bəşər Əsədin 54 illik hakimiyyəti dramatik şəkildə süquta uğradı. Çünki ölkə döyüş meydanına çevrilən dağıdıcı vətəndaş müharibəsi nəticəsində parçalandı. 12 günlük ildırımsürətli hücumda Heyət Təhrir Əl-Şamın rəhbərlik etdiyi üsyançı qruplar Hələbdən paytaxt Dəməşqə doğru irəliləyərkən Suriya ordusunun heç bir müqavimətinə rast gəlmədi. Tarix şahiddir ki, Əsəd rejiminin bütün qurbanları zülmə baş qaldıranlar və qaçqınlardır. Bu rejim dünyaya sübut etdi ki, hətta ən qəddar rejim belə çökə bilər. Bu üsyan risklə qeyri-müəyyənliyin üz-üzə qaldığı an idi. Bu həmçinin dözümlü Suriya xalqının öz gələcəyini qurmaq üçün tarixi fürsətdir. Suriya xalqı indi öz yaralarını sarıb-sağaltmaqla məşğuldur.İlk dəfədir ki, nə Rusiya, nə də İran Suriyadakı bu mənfi rejimi müdafiə edə bilmədi. Və beləliklə Əsəd prezidentlikdən istefa edərək ölkəni tərk etdi. O öz həzin sonunu İranın xarici işlər naziri ilə görüşündən sonra şəhərə doğru irəliləyən üsyançıları əzəcəyinə söz verərkən gətirdi. İslamçı üsyançılar isə, bəlkə də, bu sözə görə 13 ildən çox davam edən avtokratik hakimiyyətin iliyini kəsdi. İndi Əsədin sadiq dəstəkçisi Moskva Suriyadakı iki strateji əhəmiyyətli bazası ilə öz imicini xilas etməyə çalışır. Rusiya Latakiyada aviabazaya və Tartusda hərbi dəniz obyektinə malikdir.

Artıq Suriyada, dünyanın ən qədim şəhərində, sivilizasiyanın mərkəzlərindən biri olan Dəməşqdə bütün insanların azadlığını elan edən bəyanat oxundu. İndi rejim həbsxanalarında haqsız yerə həbs edilənlər azad Suriya dövlətinin mülkünü yağmalayır.

Xatırladaq ki, Əsəd ailəsi Suriyanı 1970-ci ildən dövlət təhlükəsizliyi vasitəsilə həyata keçirib. 2011-ci ildə suriyalıların xalq üsyanına qalxması 300.000-dən çox insanın ölümünə səbəb olan vətəndaş müharibəsi ilə nəticələndi. Dövlətin gücünü xalqa qarşı yönəltdi. Mülki əhaliyə divan tutdu. Onlara qarşı hava hücumu və kimyəvi silahdan istifadə etdi. Rusiya və İranın müdaxiləsi Əsədə vətəndaş qarşıdurmasından sağ çıxmağa və parçalanmış dövlətə sahib olma fürsətini bir az daha artırdı.

“Yeni Suriya” vəd edənlər

Silahlı üsyançılar əhaliyə yeni üfüqlər vəd etdi. Artıq Suriyada 54 illik Əsəd hakimiyyəti başa çatdı. Dinamik Suriya ordusu müəyyən mənada zəifləyib öz külündən doğdu. Silahlı qüvvələrdən qalanlar rejimi körüklədi. Ordulara başçılıq edən sünni məzhəbçilərini İran və Livan Hizbullahı Əsəddən sonra İranın maraqlarını qorumaq üçün bu üsyana keçidi dəstəkləyərək şiə milisləri və rejim qalıqlarını yaxınlaşmağa təşviq edəcək.

Ümid edirik ki, 54 illik əsarətdən sonra Suriya həqiqi mənada öz müstəqilliyini hiss edər, azad nəfəs alar və daşıdığı bu qədim mədəniyyətin və dövlətin adını nüfuzlu şəkildə qoruyub saxlayar. Ümidlər nə qədər bu dediklərimizlə tərs mütənasiblik təşkil etsə də, biz inanmağa ümidliyik.

Dövləti yağmalamaqla, qarət etməklə abad etmək olmaz. Dövləti millət ayaqda tutmaq üçün əbədi qorumalı, göz bəbəyi kimi saxlamaldır. Yoxsa, nəticə etibarilə, Əsədlər gedəcək Həbiblər gələcək hakimiyyətə. Daha 50 il sonra yenə vətəndaş müharibəsi olacaq və yüzilliklər boyu bütün zərbələr dövlətin sinəsinə tuşlanacaq!

Fariz Əhmədov

Naxçıvan televiziyasının baş redaktoruскачать dle 10.6фильмы бесплатно


355

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Heykəltəraş Seyfəddin Qurbanovun adı Xarkovda əbədiləşdirilib
Yekaterinburqda Azərbaycan vətəndaşlarının və azərbaycanəsilli şəxslərin işgəncələrə məruz qalmaları və öldürülmələri ilə bağlı cinayət işi başlanıb
DSMF: Son altı ayda sosial şəbəkələr vasitəsilə 12 min 60 vətəndaş müraciəti cavablandırılıb
Ekspertiza rəyi: Hüseyn Səfərovun ölüm səbəbi çoxsaylı xəsarətlər nəticəsində baş verən posttravmatik və posthemoragik şokdur
Yekaterinburqda öldürülən həmyerlilərimizin meyitləri xüsusi komissiya tərəfindən müayinə edilib
Azərbaycan lideri Somali Prezidentinə təbrik məktubu ünvanlayıb

Heykəltəraş Seyfəddin Qurbanovun adı Xarkovda əbədiləşdirilib

Yekaterinburqda Azərbaycan vətəndaşlarının və azərbaycanəsilli şəxslərin işgəncələrə məruz qalmaları və öldürülmələri ilə bağlı cinayət işi başlanıb

DSMF: Son altı ayda sosial şəbəkələr vasitəsilə 12 min 60 vətəndaş müraciəti cavablandırılıb

Ekspertiza rəyi: Hüseyn Səfərovun ölüm səbəbi çoxsaylı xəsarətlər nəticəsində baş verən posttravmatik və posthemoragik şokdur

Yekaterinburqda öldürülən həmyerlilərimizin meyitləri xüsusi komissiya tərəfindən müayinə edilib

Azərbaycan lideri Somali Prezidentinə təbrik məktubu ünvanlayıb

Prezident İlham Əliyev Ruandanın dövlət başçısını təbrik edib

Yekaterinburqda öldürülən Səfərov qardaşları Ağcabədidə dəfn olunublar

ABŞ-nin Virciniya ştatında Amerika Azərbaycan Gənclərinin 2-ci Forumu keçirilib

Pirəkəşküldə müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.