• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Ərdoğan: Türkiyədə Somali və Efiopiya arasında sülh razılaşması əldə olunub

12-12-2024, 11:00 | Baxılıb: 509
“Ərdoğan: Türkiyədə Somali və Efiopiya arasında sülh razılaşması əldə olunub

Təxminən 8 ay əvvəl başladığımız Ankara prosesində (Somali və Efiopiya arasında - red) mühüm razılaşma əldə etdik. Beləliklə, bəzi narazılıqları və anlaşılmazlıqları birlikdə aradan qaldıraraq, Somali və Efiopiya arasında sülh və əməkdaşlığa əsaslanan yeni başlanğıcın ilk addımını atdıq.
Diaspor.info xəbər verir ki, bunları Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Somalinin dövlət başçısı Həsən Şeyx Mahmud və Efiopiyanın Baş naziri Abiy Əhməd Əli ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

“Somali və Efiopiyanın yerləşdiyi bölgə keçmişdə çoxlu haqsızlıqlara məruz qalmasına və ciddi qarşıdurmalara meydan olmasına baxmayaraq, tarixin parlaq dövrlərini yaşamış, bəşəriyyətə mühüm töhfələr vermiş coğrafiyadır. Region əhalisi çətinliklərin öhdəsindən gəlmək üçün həmişə müdriklik nümayiş etdirib. İnanıram ki, indicə razılaşdırılmış birgə bəyannamə gələcək dövrdə regionda qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq, iqtisadi inkişaf və firavanlıq üçün möhkəm zəmin yaradacaq”, - Türkiyə lideri deyib.

Ərdoğan qeyd edib ki, bu həm də dövlət xadimlərinin gələcək nəsillər qarşısında borcu və məsuliyyətidir: “Burada bəyan etdiyimiz konsensus belə bir baxışın məhsuludur. Bundan sonra atacağımız addımlara birlikdə qərar verəcəyik və bölgə əhalisinin əmin-amanlığını və rifahını artıracaq layihələr həyata keçirəcəyik.

Bu hiss və düşüncələrlə mən sizin hüzurunuzda onlara bir daha təşəkkürümü bildirirəm, ümid edirəm ki, başladığımız proses faydalı olacaq”.скачать dle 10.6фильмы бесплатно


509

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Heykəltəraş Seyfəddin Qurbanovun adı Xarkovda əbədiləşdirilib
Yekaterinburqda Azərbaycan vətəndaşlarının və azərbaycanəsilli şəxslərin işgəncələrə məruz qalmaları və öldürülmələri ilə bağlı cinayət işi başlanıb
DSMF: Son altı ayda sosial şəbəkələr vasitəsilə 12 min 60 vətəndaş müraciəti cavablandırılıb
Ekspertiza rəyi: Hüseyn Səfərovun ölüm səbəbi çoxsaylı xəsarətlər nəticəsində baş verən posttravmatik və posthemoragik şokdur
Yekaterinburqda öldürülən həmyerlilərimizin meyitləri xüsusi komissiya tərəfindən müayinə edilib
Azərbaycan lideri Somali Prezidentinə təbrik məktubu ünvanlayıb

Heykəltəraş Seyfəddin Qurbanovun adı Xarkovda əbədiləşdirilib

Yekaterinburqda Azərbaycan vətəndaşlarının və azərbaycanəsilli şəxslərin işgəncələrə məruz qalmaları və öldürülmələri ilə bağlı cinayət işi başlanıb

DSMF: Son altı ayda sosial şəbəkələr vasitəsilə 12 min 60 vətəndaş müraciəti cavablandırılıb

Ekspertiza rəyi: Hüseyn Səfərovun ölüm səbəbi çoxsaylı xəsarətlər nəticəsində baş verən posttravmatik və posthemoragik şokdur

Yekaterinburqda öldürülən həmyerlilərimizin meyitləri xüsusi komissiya tərəfindən müayinə edilib

Azərbaycan lideri Somali Prezidentinə təbrik məktubu ünvanlayıb

Prezident İlham Əliyev Ruandanın dövlət başçısını təbrik edib

Yekaterinburqda öldürülən Səfərov qardaşları Ağcabədidə dəfn olunublar

ABŞ-nin Virciniya ştatında Amerika Azərbaycan Gənclərinin 2-ci Forumu keçirilib

Pirəkəşküldə müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.