• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Bu gün dünya katolikləri Milad bayramını qeyd edir

25-12-2024, 10:00 | Baxılıb: 514
“Bu gün dünya katolikləri Milad bayramını qeyd edir

Bu gün dünya katolikləri Milad bayramını qeyd edirlər.
Diaspor.info xatırladır ki, xristian aləminin ən əlamətdar və təntənəli mərasimlərindən sayılan Milad bayramı ənənəyə görə İsa Məsihin Vifleyem şəhərində dünyaya gəlməsinin şərəfinə qeyd olunur.

Dünya xristianları mənsub olduqları məzhəblərə görə bu bayramı müxtəlif günlərdə (25 dekabr və 6-7 yanvar) keçirirlər və o hazırda yüzdən artıq ölkədə rəsmi dövlət bayramı sayılır.

Milad bayramı əhalisinin əksəriyyətini xristianların təşkil etdiyi bir çox ölkədə qeyri-iş günü hesab edilir. Ancaq xristian əhalinin çoxluq təşkil etmədiyi Hindistan və Malayziya kimi ölkələrdə bu gün rəsmi tətildir.

Bayramı qeyd edən ölkələrin əksəriyyətində mağazaların çoxu həmin gün bağlı olur. Məsələn, İngiltərədə 25 dekabrda heç bir ictimai nəqliyyat vasitəsi işləmir.

Milad bayramının ən əvəzedilməz atributlarından biri də təbii ki, “Santa Klaus”, yəni Şaxta Babadır. Onun obrazının ilham mənbəyi kimi IV əsrdə yaşamış Müqəddəs Nikolas qəbul edilib.

Xarici ölkələrdə bayram hazırlığı bir neçə ay əvvəldən başlayır, böyük şövq və təntənə ilə həyata keçirilir. Bu ərəfədə evlərdə və müxtəlif ictimai məkanlarda şam ağacları bəzədilir və küçələr işıqlandırılır. Milad ərəfəsi şam ağacı bəzəmək adətinin ilk dəfə XVI əsrdə Almaniyada meydana gəldiyi və Avropaya buradan yayıldığı güman edilir.

Ənənəvi Milad süfrəsini hindtoyuğu və tərəvəz bəzəyir. Bununla belə, bayram süfrəsinə düzülən təamlar ayrı-ayrı xalqların adət-ənənəsini də özündə əks etdirir. Belə ki, Siciliyada bayram masasına 12 növ balıq qoyulur. Birləşmiş Krallıq və onun adətlərindən təsirlənmiş ölkələrdə süfrədə hindtoyuğu, qaz əti, ət suyu, kartof və tərəvəzlər olur. Süfrə üçün xüsusi desertlər də hazırlanır ki, bunlardan da başlıcası Milad pudinqi, şirin peçenyelər və meyvəli piroqlardır.

Qeyd edək ki, Azərbaycanda katolik kilsəsində hər il Milad bayramında dua oxunur. Prezident İlham Əliyev hər il Milad bayramında katolikləri təbrik edir.скачать dle 10.6фильмы бесплатно


514

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Heykəltəraş Seyfəddin Qurbanovun adı Xarkovda əbədiləşdirilib
Yekaterinburqda Azərbaycan vətəndaşlarının və azərbaycanəsilli şəxslərin işgəncələrə məruz qalmaları və öldürülmələri ilə bağlı cinayət işi başlanıb
DSMF: Son altı ayda sosial şəbəkələr vasitəsilə 12 min 60 vətəndaş müraciəti cavablandırılıb
Ekspertiza rəyi: Hüseyn Səfərovun ölüm səbəbi çoxsaylı xəsarətlər nəticəsində baş verən posttravmatik və posthemoragik şokdur
Yekaterinburqda öldürülən həmyerlilərimizin meyitləri xüsusi komissiya tərəfindən müayinə edilib
Azərbaycan lideri Somali Prezidentinə təbrik məktubu ünvanlayıb

Heykəltəraş Seyfəddin Qurbanovun adı Xarkovda əbədiləşdirilib

Yekaterinburqda Azərbaycan vətəndaşlarının və azərbaycanəsilli şəxslərin işgəncələrə məruz qalmaları və öldürülmələri ilə bağlı cinayət işi başlanıb

DSMF: Son altı ayda sosial şəbəkələr vasitəsilə 12 min 60 vətəndaş müraciəti cavablandırılıb

Ekspertiza rəyi: Hüseyn Səfərovun ölüm səbəbi çoxsaylı xəsarətlər nəticəsində baş verən posttravmatik və posthemoragik şokdur

Yekaterinburqda öldürülən həmyerlilərimizin meyitləri xüsusi komissiya tərəfindən müayinə edilib

Azərbaycan lideri Somali Prezidentinə təbrik məktubu ünvanlayıb

Prezident İlham Əliyev Ruandanın dövlət başçısını təbrik edib

Yekaterinburqda öldürülən Səfərov qardaşları Ağcabədidə dəfn olunublar

ABŞ-nin Virciniya ştatında Amerika Azərbaycan Gənclərinin 2-ci Forumu keçirilib

Pirəkəşküldə müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.