• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Türkiyəli general: TDT-yə üzv dövlətlərin birgə hərbi təlimləri təhdidlərə "yalnız deyilik" mesajı verəcək

6-01-2026, 17:00 | Baxılıb: 185
“Türkiyəli general: TDT-yə üzv dövlətlərin birgə hərbi təlimləri təhdidlərə

Azərbaycan Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin birgə hərbi təlimlər keçirməsi təklifi baş tutarsa, təhdidlərə "yalnız deyilik" mesajı verəcək.

Diaspor.info xəbər verir ki, bunu "Report"a açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz deyib.

O bildirib ki, Prezident İlham Əliyevin irəli sürdüyü təklif əsasında TDT-yə üzv ölkələrin birgə hərbi təlimlər keçirməsi yalnız taktiki səviyyədə deyil, strateji, siyasi və geosiyasi müstəvilərdə də çoxşaxəli təsir yarada bilər:

"Təşkilat daxilində birgə təlimlər, komanda-nəzarət uyğunluğunu artıracaq, quru, hava, dəniz, xüsusi təyinatlı qüvvələrin inteqrasiya edilmiş fəaliyyətini inkişaf etdirəcək. Bu, xüsusilə regional böhran və ya kollektiv cavab tələb edən situasiyalarda reaksiya müddətini kəskin azaldır".

Onun fikrincə, birgə təlimlər zamanı Azərbaycan və Türkiyə ordularının Qarabağ müharibəsi, Suriya və İraq əməliyyatları, hibrid müharibə, PUA istifadəsi üzrə təcrübələri digər üzvlər üçün praktiki məktəb rolunu oynayacaq.

"Həmçinin birgə təlimlər potensial təhdidlərə "yalnız deyilik" mesajı verəcək. TDT məkanında təhlükəsizlik balansını lehinə dəyişəcək, xarici aktorlar üçün hərbi riskin qiymətini yüksəldəcək. Bu təlimlər NATO modeli olmadan belə regional təhlükəsizlik çətiri yaradacaq", - o deyib.

Y.Karauz deyib ki, TDT-yə üzv dövlətlərin birgə hərbi təlimi sərhəd təhlükəsizliyi, terrorizm, separatizm, kibertəhlükəsizlik, eləcə də informasiya müharibəsi, enerji və nəqliyyat xətlərinin qorunması kimi sahələrdə də ortaq təhlükə qavrayışı formalaşdıracaq:

"Bu təlimlər həmçinin təşkilata üzv dövlətlər üçün əlavə üstünlüklər qazandıracaq. Belə ki, təlimlər ortaq silah sistemlərinin istifadəsini təşviq edəcək, Türkiyə müdafiə sənayesinin TDT məkanında yayılmasını sürətləndirəcək və gələcəkdə birgə istehsal üçün zəmin yaradacaq. Həmçinin TDT-yə üzv dövlətlərin birgə hərbi təlimi təşkilatın geosiyasi çəkisini artıracaq. TDT sadəcə mədəni-dil birliyi deyil, eləcə də təhlükəsizlik və güc proyeksiyası platformasına çevriləcək".

General hesab edir ki, təşkilat daxilində birgə təlimlər liderlər və Baş Qərargahlar arasında institusional etimadı artıracaq, böhran zamanı siyasi qərarların daha sürətli və koordinasiyalı qəbuluna şərait yaradacaq:

"Təlimlər hərbi hazırlığı yüksəldəcək, üzv ölkələrin müdafiə qabiliyyətini möhkəmləndirəcək, eləcə də Türk dünyasını regional təhlükəsizlik aktoruna çevirəcək".

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev yerli telekanallara müsahibəsində Qəbələdəki Zirvə Görüşündə (Türk Dövlətləri Təşkilatının zirvə görüşü - red) TDT ölkələrinin birgə hərbi təliminin keçirilməsini təklif edib:

"Təklif etdim ki, bu il Azərbaycanda üzv ölkələrin birgə hərbi təlimləri keçirilsin. Hesab edirəm ki, buna da ehtiyac var. Biz üzv ölkələrlə ikitərəfli formatda hərbi təlimlər keçiririk. Təbii ki, ən çox Türkiyə ilə, amma digər ölkələrlə də. Ancaq birgə hərbi təlimlərin keçirilməsində həm böyük rəmzi məna ola bilər, eyni zamanda, praktik nöqteyi-nəzərdən buna ehtiyac var".скачать dle 10.6фильмы бесплатно


185

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.