• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Rəcəb Tayyib Ərdoğan: Türkiyə və Özbəkistan hərtərəfli strateji tərəfdaşlığa yönəlib

30-01-2026, 10:30 | Baxılıb: 185
“Rəcəb Tayyib Ərdoğan: Türkiyə və Özbəkistan hərtərəfli strateji tərəfdaşlığa yönəlib

Türkiyə Mərkəzi Asiya ölkələrinin rifahına töhfə verməyə hazırdır. Qəlblərimiz birgə döyündükcə, türk dövlətləri qlobal proseslərə töhfə verməyə davam edəcək. Əminəm ki, Türk dünyası bu əsrdə öz izini qoyacaq.
Diaspor info xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə birgə mətbuat konfransında bildirib.

Türkiyə dövlətinin başçısı 2023-cü ilin fevralında ölkədə 53 mindən çox insanın həyatına son qoyan dağıdıcı zəlzələlərin nəticələrinin aradan qaldırılmasına verdiyi töhfəyə görə Özbəkistan rəhbərliyinə və xalqına minnətdarlığını ifadə edib.

O vurğulayıb ki, Türkiyə və Özbəkistan münasibətləri “hərtərəfli strateji tərəfdaşlıq” səviyyəsinə yüksəltməyə çalışır. “Hər iki ölkənin institutları ümumi siyasi, iqtisadi, mədəni, humanitar və regional məqsədlərə nail olmaq naminə fasiləsiz çalışır. Son illərdə ticarət, müdafiə sənayesi, təhsil və mədəniyyət kimi sahələrdə çoxsaylı birgə layihələr həyata keçirilib”, – deyə Rəcəb Tayyib Ərdoğan bildirib.

Onun sözlərinə görə, Ankara ilə Daşkənd arasında münasibətlərdə qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi istiqamətində yeni addımlar nəzərdə tutulur.

“Son 10 il ərzində Türkiyə və Özbəkistan arasında ikitərəfli ticarət dövriyyəsi üç dəfə artıb. Əminəm ki, qardaş Özbəkistanla əmtəə dövriyyəsi yaxın vaxtlarda ildə 5 milyard dollara çatacaq”, – deyə Türkiyə Prezidenti qeyd edib.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev isə bildirib ki, “Türkiyə dünyada yeni geosiyasi güc mərkəzlərindən birinə çevrilir”.

“Türkiyə təsir imkanlarını getdikcə artırır və bütün sahələrdə mühüm nailiyyətlər qazanır. Bu, yalnız İslam dünyasında deyil, qlobal miqyasda da özünü göstərir”, – deyə Özbəkistan lideri vurğulayıb.скачать dle 10.6фильмы бесплатно


185

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Meksika nəşri Azərbaycan diasporundan yazıb
Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib
Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb

Meksika nəşri Azərbaycan diasporundan yazıb

Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib

Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib

Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb

İlham Əliyev Belçika Kralını milli bayramları münasibətilə təbrik edib

İlham Əliyev: Azərbaycan-Birləşmiş Krallıq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət veririk

Magistraturaya ixtisas seçimi başlayıb

Prezident İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.