• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Türkiyə Prezidenti: Problemlərin həlli yolu münaqişələr deyil, danışıqlar aparmaqdır

5-02-2026, 20:00 | Baxılıb: 197
“Türkiyə Prezidenti: Problemlərin həlli yolu münaqişələr deyil, danışıqlar aparmaqdır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanı və Misir səfərlərindən dönərkən bu ziyarətlər və beynəlxalq məsələlərlə bağlı jurnalistlərin suallarını cavablandırıb.
Diaspor.info xəbər verir ki, Türkiyə Prezidenti bu səfərlər çərçivəsində ikitərəfli münasibətləri bütün aspektləri ilə əhatəli şəkildə müzakirə etdiklərini bildirib.

“Bölgəmizin aparıcı ölkələri olaraq “regional sahiblik” yanaşması ilə aktual proseslərlə bağlı məsləhətləşmələr apardıq. Səudiyyə Ərəbistanı ilə müdafiə sənayesi sahəsində mühüm əməkdaşlıqlara imza atırıq və bunu daha da inkişaf etdirməkdə qətiyyətliyik. Səudiyyə Ərəbistanı ilə KAAN beşinci nəsil hərbi təyyarəsi mövzusunda birgə investisiya nəzərdə tutulur. Hər an bu ortaq sərmayəni həyata keçirə bilərik”, - deyə Rəcəb Tayyib Ərdoğan bildirib.

Səfər zamanı Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyi ilə Səudiyyə Ərəbistanının Energetika Nazirliyi arasında bərpaolunan enerji sahəsində mühüm bir sazişin imzalandığını xatırladan Ərdoğan deyib: “Səudiyyə Ərəbistanı şirkətləri Türkiyədə ümumilikdə 5 min meqavat gücündə Günəş və külək elektrik stansiyaları inşa edəcək. İlk mərhələdə Sivas və Karaman şəhərlərində hər biri 1000 meqavatlıq Günəş elektrik stansiyaları qurulacaq”.

Həmçinin ABŞ-İran münasibətlərinə toxunan Türkiyə Prezidenti deyib: “Amerika ilə İran arasındakı gərginliyin bölgəni yeni bir münaqişəyə və xaosa aparmasının qarşısının alınması üçün əlimizdən gələni edirik. İndiyə qədər tərəflərin diplomatiyaya imkan yaratmaq istədiyini görürəm. Bu, müsbət bir inkişafdır. Problemlərin həlli yolu münaqişələr deyil, uzlaşma zəminində bir araya gəlmək və danışıqlar aparmaqdır. Proses canlıdır və qırılmayıb. Zəmin hələ də dialoqa və diplomatiyaya açıqdır. Bir sıra görüşlərdə irəliləyiş əldə edildikdən sonra liderlər səviyyəsində danışıqların da faydalı olacağını düşünürəm”.

Suriyadakı son vəziyyət barədə danışan Ərdoğan bu ölkənin “vahid dövlət, vahid ordu, vahid Suriya” anlayışı ilə birləşməsinin Türkiyənin böyük arzusu olduğunu bildirib.скачать dle 10.6фильмы бесплатно


197

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Meksika nəşri Azərbaycan diasporundan yazıb
Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib
Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb

Meksika nəşri Azərbaycan diasporundan yazıb

Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib

Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib

Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb

İlham Əliyev Belçika Kralını milli bayramları münasibətilə təbrik edib

İlham Əliyev: Azərbaycan-Birləşmiş Krallıq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət veririk

Magistraturaya ixtisas seçimi başlayıb

Prezident İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.