• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Volodimir Zelenski: Lvovda terror aktı törədənlər cinayətə “Telegram” vasitəsilə cəlb ediliblər

23-02-2026, 10:00 | Baxılıb: 181
“Volodimir Zelenski: Lvovda terror aktı törədənlər cinayətə “Telegram” vasitəsilə cəlb ediliblər

Lvovda baş verən terror aktından sonra Ukrayna Prezidenti Volodimir Zelenski Daxili İşlər Nazirliyinə, Milli Polisə və Ukrayna Təhlükəsizlik Xidmətinə oxşar cinayətlərin qarşısını almaq üçün mümkün olan hər şeyi etməyi tapşırıb.

Diaspor.info xəbər verir ki, bu barədə dövlət başçısı “Telegram” səhifəsində məlumat verib.

“Bu, əsl terror aktı idi, kinli və qəddar. İki partlayış, ikincisi təcili yardım xidmətlərinin hadisə yerinə çatması zamanı baş verib. 25 nəfər yaralanıb. Təəssüf ki, bir nəfər, 23 yaşlı polis əməkdaşı həlak olub”, deyə prezident qeyd edib.

Dövlət başçsı qeyd edib ki, cinayətkarlar “Telegram” vasitəsilə cəlb ediliblər. “Daxili İşlər Nazirliyi, Ukrayna Milli Polisi və Ukrayna Təhlükəsizlik Xidməti təfərrüatları ictimaiyyətə təqdim edəcək. Mən bu gün oxşar cinayətlərin qarşısını almaq üçün tədbirlər və cavab tədbirləri hazırlamağı tapşırdım", deyə Prezident açıqlamasında bildirib.

Zelenski qeyd edib ki, hüquq-mühafizə orqanlarının əməkdaşlarının buna qarşı mübarizə aparmaq təcrübəsi var, çünki onlarla oxşar vəziyyətin qarşısı alınıb.

Baş Prokurorluq bildirib ki, saxlanılan 33 yaşlı Rovno vilayətinin Kostopil şəhər sakininə Ukrayna Cinayət Məcəlləsinin 258-ci maddəsinin 3-cü hissəsi və 263-cü maddəsinin 1-ci hissəsi (insan ölümünə səbəb olan terror aktı törətmək, eləcə də odlu silahla qanunsuz davranmaq) ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, 22 fevral gecəsi Lvovda partlayışlar baş verib. Birinci patrul polis bölməsi gəldikdən sonra partlayış, sonra isə başqa bir partlayış baş verib.

Hücum nəticəsində patrul avtomobilinə və mülki nəqliyyat vasitəsinə ziyan dəyib.скачать dle 10.6фильмы бесплатно


181

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Meksika nəşri Azərbaycan diasporundan yazıb
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb
İlham Əliyev Belçika Kralını milli bayramları münasibətilə təbrik edib
İlham Əliyev: Azərbaycan-Birləşmiş Krallıq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət veririk
Magistraturaya ixtisas seçimi başlayıb

Meksika nəşri Azərbaycan diasporundan yazıb

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir

Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb

İlham Əliyev Belçika Kralını milli bayramları münasibətilə təbrik edib

İlham Əliyev: Azərbaycan-Birləşmiş Krallıq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət veririk

Magistraturaya ixtisas seçimi başlayıb

Prezident İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb

İran Prezidenti: Bu gün ən vacib döyüş meydanı iqtisadiyyat və xalqın dolanışığıdır

Dəmir və polad çubuqların idxalına yeni gömrük yığımı müəyyənləşdirilib

Azərbaycanın BƏT-in bir sıra konvensiyalarına qoşulması üçün təkliflər hazırlanacaq

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.