Vulkan püskürməyə başlayıb İndoneziyada
İndoneziyada Anak-Krakatau vulkanının püskürməsi başlayıb. Diaspor.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə "9 News" məlumat yayıb.
Məlumata görə, vulkanın külü havada 15 kilometr yüksəkliyə qalxıb. Dağıntı barədə məlumat verilmir.
Qeyd edək ki, Anak-Krakatau, Sunda Boğazındakı Malay Arxipelaqında, Java və Sumatra adaları arasında yerləşir. Xatırladaq ki, sonuncu dəfə vulkan 2018-ci ildə püskürüb. Bu zaman adanın infrastrukturuna böyük ziyan vurub. Püskürmə, ən azı 429 nəfərin ölümü, 1,4 mindən çox insanın yaralanması ilə nəticələnən bir sunami meydana gətirib.
Müəllif: İnam Hacıyev
322