“Kurtlar vadisi pusu”nun aktyoru vəfat etdi
"Kurtlar vadisi pusu" serialında Ustad Ronald obrazı ilə daha da məşhurlaşan aktyor Umut Demirdelen vəfat edib. Diaspor.infonun türk mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə teatr aktyoru Nedim Saban məlumat verib.
Xroniki ağciyər xəstəliyi səbəbindən xəstəxanaya yerləşdirilən U.Demirdelen orada dünyasını dəyişib.
Qeyd edək ki, 67 yaşlı aktyor "Yaprak dökümü", "En son babalar duyar", "Payitaht Abdülhamit", "Söz" kimi seriallarda da rol alıb.
708