Almaniyada "Hizbullah"ın fəaliyyəti qadağan edildi
Almaniyada "Hizbullah"ın siyasi qanadının fəaliyyəti qadağan edilib. Diaspor.info bunu xarici mətbuata əsasən xəbər verir.
Almaniya Daxili İşlər Nazirliyinin sözçüsü Steve Alter, Twitter’də yazdığı şərhdə, daxili işlər naziri Horst Seehoferin göstərişlərinə əsasən "Hizbullah"ın ölkədə fəaliyyətinin qadağan olunduğunu söyləyib. Alter, polisin bu səhərdən etibarən bir çox ştatda eyni vaxtda əməliyyat keçirdiyini və böhran zamanı hüquq dövlətinin hərəkət etmə qabiliyyətinə sahib olduğunu bildirib.
Polisin Berlin, Bremen, Münster və Dortmunddakı dərnək və məscidlərdə "Hizbullah"la əlaqədə olmaq şübhəsi ilə axtarış apardığı öyrənilib.
Alman agentliyi DPA "Hizbullah"ın Almaniyada rəsmi bir şöbəsinin olmadığını, ancaq tərəfdarlarının bir-biri ilə əlaqəli olduğunu və Almaniyanın Federal Konstitusiya Mühafizə Xidməti tərəfindən terror təşkilatı olaraq qəbul edilən qrupun Almaniyadan geri çəkilmə yeri olaraq istifadə etdiyini və ölkədə ianə topladığı bildirilib.
Xatırladaq ki, "Hizbullah"ın hərbi qanadı 2013-cü ildə Avropa Birliyi (AB) tərəfindən terror təşkilatları siyahısına daxil edilib.
Müəllif: Aysel Məmmədova