İspaniyada virusdan ümumi 25 min insan həyatını itirib
İspaniyada koronavirus pandemiyasından ölüm sayı 25 100 nəfərə çatıb. Diaspor.info xəbər verir ki, son 24 saat ərzində ölkədə yeni növ koronavirusdan 276 nəfər həyatını itirib.
İspaniyanın Səhiyyə Nazirliyi dünən ölkədə ölüm sayının 281 olduğu, bu gün isə 276 olduğu bildirilib.
Nazirlik, son 24 saat ərzində ümumi yoluxma sayının 1147 nəfər artaraq 216 582 nəfərə çatdığını açıqlayıb.
Qeyd edək ki, ölkədə açıqlanan statistikaya əsasən virusa yoluxmuş şəxslərin sağalması faktları ölüm sayını üstələyib.
Müəllif: Nigar Məmmədova
298