Koronavirus xəstəsinə gündəlik 80-150 AZN vəsait sərf olunur.
Azərbaycanda bir koronavirus xəstəsinin müalicəsi üçün bir gündə 80-150 manat sərf edilir. Diaspor.info-nun məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, ən yüngül vəziyyətdə olan xəstələrin müalicəsi üçün bir gündə təqribən 80, ağır vəziyyətdə olan xəstələrin müalicəsi üçün 150 manat xərclənir: “Amma bu rəqəm xəstənin ağırlıq vəziyyətindən asılı olaraq dəyişir. Bu məbləğə həmin xəstənin yemək, tibbi ləvazimat xərcləri, xəstəni müalicə edən həkimlərin məvacibləri və digər məsələlər daxildir".
Müəllif: Nigar Məmmədova