İngiltərədə Premyer Liqası iki oyunla bərpa olunub - NƏTİCƏLƏR
İngiltərədə koronavirus pandemiyası səbəbindən dayandırılan futbol yenidən bərpa olunub.
DİASPOR.İNFO xəbər verir ki, 98 günlük məcburi fasilədən sonra bu gün Premyer Liqada ilk oyunlar keçirilib.
XXVIII turdan təxirə salınmış iki qarşılaşma oynanılıb. Avrokuboklara iddiasını davam etdirən “Şeffild Yunayted” səfərdə təhlükəli zonada qərarlaşan “Aston Villa” önündə xal itkisinə məruz qalıb.
Çempionluqdan demək olar ki, əli üzülən “Mançester Siti” isə doğma arenasında uğursuz mövsüm keçirən “Arsenal”ı sınağa çəkib. Fasilə ərəfəsində ev sahibləri hesabı açıblar. İkinci hissənin əvvəllərində David Luizin qırmızı vərəqə alması ilə "Arsenal"ın olan-qalan ümidi ölüb. Onlar qapılarında daha 2 qol görüblər. Beləliklə, "Mançester Siti" dönüşünü inamlı qələbə ilə başa vurub.
Qeyd edək ki, Premyer Liqada XXX turun oyunları 19-22 iyunda keçiriləcək.
İngiltərə Premyer Liqası
XXVIII turdan təxirə salınan oyunlar
17 iyun
“Aston Villa” – “Şeffild Yunayted” – 0:0
“Mançester Siti” – “Arsenal” – 3:0
Sterlinq, 45+2; De Bruyne, 51 (pen.), Foden, 90+1
1
Liverpul
29
27
1
1
66-21
82
2
Mançester S.
29
19
3
7
71-31
60
3
Lester
29
16
5
8
58-28
53
4
Çelsi
29
14
6
9
51-39
48
5
Mançester Y.
29
12
9
8
44-30
45
6
Şeffild Yunayted
29
11
11
7
30-25
44
7
Vulverhempton
29
10
13
6
41-34
43
8
Tottenhem
29
11
8
10
47-40
41
9
Arsenal
29
9
13
7
40-39
40
10
Bernli
29
11
6
12
34-40
39
11
Kristal Pelas
29
10
9
10
26-32
39
12
Everton
29
10
7
12
37-46
37
13
Nyukasl
29
9
8
12
25-41
35
14
Sauthempton
29
10
4
15
35-52
34
15
Brayton
29
6
11
12
32-40
29
16
Vest Hem
29
7
6
16
35-50
27
17
Uotford
29
6
9
14
27-44
27
18
Bornmut
29
7
6
16
29-47
27
19
Aston Villa
29
7
5
17
34-56
26
20
Norviç
29
5
6
18
25-52
21