Kiyev şəhərində "Tayskiy Boks idman növü üzrə keçiriləcək Ukrayna çempionatında həmyerlimiz də iştirak edəcək.
Diaspor.info saytının Kiyev bürosu xəbər verir ki, Kiyev şəhərində "Tayskiy Boks" idman növü üzrə Ukrayna çempionatına hazırlaşan
soydaşımız Səmədov Həbib Əyyub oğlu bu gun iş adamı, vətənpərvər soydaşımız, Qulu İbrahimovun qonağı olub. Qulu müəllim
oxucularımıza yaxşı tanışdır. Belə ki, Ermənistan səfirliyinin qarşısında Azərbaycanla bağlı soyqırım və başqa iftiraların işıqlarla Ukrayna
xalqına çatdırılmasını görən Q. İbrahimov təkbaşına bir neçə saat ərzində həmin işıqları söndürtdürən soydaşımızdır. Qulu İbrahimov gənc
istedadlara, o, cümlədən idmançılara xüsusi diqqət-qayğı göstərən bir iş adamıdır.
Hazırda Kiyev şəhərində "Tayskiy Boks" idman növü üzrə Ukrayna çempionatına hazırlıq məşqləri davam edir (03.07.2020 - 13.07.2020)
Rovno səhərindən yarişa qatilacaq həmyerlimiz Səmədov Həbib Əyyub oğlu bu gun, Kiyevdə vətənpərvər soydaşımız Qulu Ibrahimovun ofisində olub.
Onu da deyim ki, fəxrimiz Həbib Səmədov "Kikboksing" idman növü uzrə dəfələrlə çempion olub!
4 dəfə Ukrayna çempionu
1 dəfə Avropa çempionu
1 dəfə Avropa kuboku .
Qulu Ibrahimov, 22.07.2020 ci il tarixdə, Odessa şəhərində keçiriləcək Ukrayna cempionatı yarışında iştirak edəcək
Həbib Səmədova uğurlar arzulayib !
Biz də öz adımızdan idmançımıza uğurlar arzulayırıq !
Ibrahimov Qulu İbrahimov cənablarına da, həmyerlilərimizə dəstək olduğu üçün təşəkkürümüzü bildiririk !
DİASPOR.İNFO
KİYEV
2 079