• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Ali təhsil müəssisələrinə sınaq imtahanlarının qeydiyyatı başlanıb

6-01-2023, 12:00 | Baxılıb: 342
“Ali təhsil müəssisələrinə sınaq imtahanlarının qeydiyyatı başlanıb

Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 12-də qəbul imtahanı modelinə uyğun sınaq imtahanı keçirəcək.

DİM-dən Diaspor info-ya bildirilib ki, sınaq imtahanında iştirakçılara 2023-cü ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının II mərhələsinin modelinə uyğun olaraq test tapşırıqları hər qrupda 3 imtahan fənni üzrə aşağıdakı kimi təqdim olunacaq.

I ixtisas qrupu üzrə imtahan vermək istəyənlər RK və ya Rİ, III ixtisas qrupu üzrə imtahan vermək istəyənlər DT və ya TC altqrupu üzrə imtahan vermək istədiklərini qeyd edirlər. Hər iki altqrup üzrə imtahanda iştirak etmək istədiklərini qeyd edənlər isə fevralın 12-də imtahan (I qrup – riyaziyyat, fizika, kimya, III qrup – Azərbaycan (rus) dili, tarix və ədəbiyyat fənləri üzrə) verdikdən sonra fevralın 19-da altqruplara müvafiq olaraq informatika və coğrafiya fənni üzrə əlavə imtahan verəcəklər.

Sınaq imtahanında istifadə olunacaq test tapşırıqları 11-ci sinif üçün ümumtəhsil müəssisələrində qüvvədə olan tədris proqramlarının 2023-cü il yanvar ayının sonunadək olan hissəsini əhatə edəcək.

Abituriyentlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq tiplidir. Açıq tipli tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya, mətn və ya mənbə əsasında hazırlanan tapşırıqlardır. Digər açıq tipli tapşırıqlar uzun müddət istifadə olunan və cavabları kodlaşdırıla bilən hesablama, seçim, xronologiya, uyğunluğu müəyyənetmə formalı tapşırıqlardır.

İmtahanın müddəti 3 saatdır (informatika və coğrafiya fənni üzrə əlavə imtahanın müddəti 1 saat). Yazılı cavablandırılması tələb olunan açıq tipli tapşırıqların cavabları “cavab vərəqi”ində nəzərdə tutulan müvafiq yerlərdə, digər tapşırıqların cavabları isə “cavab kartı”ında qeyd olunur. İmtahanın sonunda cavab vərəqələri və cavab kartları abituriyentlərdən təhvil alınır.

Sınaq imtahanına qeydiyyat yanvarın 29-u saat 23:59-dək aparılacaq.

İmtahanlar fevralın 12-də Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəmkir, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində təşkil olunacaq. Fevralın 19-da informatika və coğrafiya fənni üzrə əlavə imtahan isə Bakı şəhərində keçiriləcək.

Sınaq imtahanına qeydiyyatdan keçmək üçün ekabinet.dim.gov.az keçidində “Şəxsi kabinet” yaradılmalıdır (şəxsi kabineti olmayanlar). “Şəxsi kabinet”in “Hesab” bölməsinə imtahanda iştirak üçün nəzərdə tutulan məbləğ (40 AZN) yüklənilir. I qrup üzrə RK və Rİ, III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər öz kabinetlərinə müvafiq olaraq informatika və coğrafiya fənnindən əlavə imtahan üçün 15 AZN də yükləməlidirlər.

Hesaba lazımi miqdarda vəsait əlavə etmək üçün müxtəlif ödəniş üsullarından yararlanmaq olar.

Daha sonra DİM-in saytında yerləşdirilən qeydiyyat linki vasitəsilə “Şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etməklə sistemə daxil olub “İmtahana buradan yazılın” düyməsini basmaq lazımdır. Açılan səhifədə imtahan yeri seçilir. Sonra isə şəxsiyyəti təsdiq edən sənədin məlumatları, telefon nömrəsi, imtahan verəcəyiniz bölmə, ixtisas qrupu seçilir və “Qeydə al” düyməsi basılır.

İmtahan yeri (binası) barədə məlumat imtahandan bir həftə əvvəl Mərkəzin saytına yerləşdiriləcək “İmtahana buraxılış vərəqəsi”ndə qeyd olunacaq.скачать dle 10.6фильмы бесплатно


342

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Yekaterinburqda öldürülən Səfərov qardaşları Ağcabədidə dəfn olunublar
ABŞ-nin Virciniya ştatında Amerika Azərbaycan Gənclərinin 2-ci Forumu keçirilib
Pirəkəşküldə müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
İyulun 7-dən magistratura səviyyəsinə ixtisaslaşma seçiminə başlanılır
Yekaterinburqda qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə aparılıb
Bu gündən Azərbaycanda qohum evliliyi qadağan edilir

Yekaterinburqda öldürülən Səfərov qardaşları Ağcabədidə dəfn olunublar

ABŞ-nin Virciniya ştatında Amerika Azərbaycan Gənclərinin 2-ci Forumu keçirilib

Pirəkəşküldə müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

İyulun 7-dən magistratura səviyyəsinə ixtisaslaşma seçiminə başlanılır

Yekaterinburqda qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə aparılıb

Bu gündən Azərbaycanda qohum evliliyi qadağan edilir

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb

DİN: “Sputnik Azərbaycan”la bağlı araşdırma başlayıb

Ersin Tatar Azərbaycana səfər edəcək

Baş nazir Respublika Seysmoloji Xidmət Mərkəzi ilə bağlı qərar imzalayıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.