• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Matın 14-ü Beynəlxalq Riyaziyyat Günüdür

14-03-2023, 21:00 | Baxılıb: 50
“Matın 14-ü Beynəlxalq Riyaziyyat Günüdür

Martın 14-ü Beynəlxalq Riyaziyyat Günüdür.

UNESCO Baş Assambleyasının 2019-cu il noyabrın 26-da Fransanın paytaxtı Parisdə keçirilən 40-cı sessiyasında hər il martın 14-də Beynəlxalq Riyaziyyat Gününün qeyd olunması barədə qərar qəbul edilib.

UNESCO üzv dövlətləri, eləcə də hökumətlərarası və qeyri-hökumət təşkilatlarını, elmi tədqiqat mərkəzlərini, vətəndaş cəmiyyəti təşkilatlarını, universitetləri və s. bu günü qeyd etməyə, Beynəlxalq Riyaziyyat Gününün verdiyi imkanlardan istifadə edərək üzv dövlətlərdə riyaziyyatın potensialının gücləndirilməsi məqsədilə innovativ layihələr həyata keçirməyə çağırıb.

Diaspor.info Beynəlxalq Riyaziyyat Gününün rəsmi internet səhifəsinə istinadla xəbər verir ki, builki gün “Hər kəs üçün riyaziyyat” mövzusuna həsr edilib.

Azərbaycanda riyaziyyat elminin inkişafına daim böyük önəm verilib, Bakı Dövlət Universitetinin Mexanika riyaziyyat, Tətbiqi riyaziyyat və kibernetika fakültələrində, Elm və Təhsil Nazirliyinin Mexanika Riyaziyyat İnstitutunda və digər elm və təhsil qurumlarında riyaziyyat elmi üzrə geniş elmi tədqiqatlar aparılıb, böyük elmi nəticələr əldə olunub.

Ölkəmizdə müasir riyaziyyatın əsasları və bu sahədə sistemli elmi tədqiqatlar 1919-cu ildə müsəlman Şərqində ilk dünyəvi ali məktəbin - Bakı Dövlət Universitetinin yaranması və 1920-ci ildə onun tərkibində Fizika-riyaziyyat fakültəsinin fəaliyyətə başlaması ilə bağlıdır.

Bununla yanaşı, Azərbaycanda sırf riyazi tədqiqatlarla məşğul olan ilk riyaziyyat özəyi 1942-ci ilin aprel ayında SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının Fizika sektorunda təşkil edilib. 1940-cı ildə namizədlik dissertasiyası müdafiə edərək, Tiflisdən Bakıya gəlmiş Zahid Xəlilov onun yeganə riyaziyyatçı əməkdaşı olub. 1943-cü ildə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının nəzdində müstəqil Riyaziyyat sektorunun yaradılması ilə riyaziyyat sahəsində elmi tədqiqat işlərinin aparılması istiqamətində daha məqsədyönlü tədqiqatlara başlanıldı. 1945-ci ilin oktyabr ayında Fizika İnstitutu ilə Riyaziyyat Sektoru birləşdirilərək Fizika və Riyaziyyat İnstitutu yaradıldı. 1950-1957-ci illərdə Zahid Xəlilov həmin institutun direktoru vəzifəsində işləyib. Bundan başqa, riyaziyyat elminin dinamik inkişafına qayğısını əsirgəməyən, ölkəmizin elm tarixində dərin iz qoymuş, ümumiyyətlə, dünya elminə böyük töhfələr vermiş, yüksəkixtisaslı riyaziyyatçılarımızdan akademiklər Zahid Xəlilov, Əşrəf Hüseynov, İbrahim İbrahimov, Məcid Rəsulov, Cəlal Alalhverdiyev, Fərəməz Maqsudov, Akif Hacıyev, Mirabbas Qasımov, AMEA-nın müxbir üzvləri Maqsud Cavadov, Qoşqar Əhmədov, Mayis Cavadov, Yəhya Məmmədov, Arif Babayev kimi alimlərin adlarını çəkmək yerinə düşərdi.nəzəriyyəsinin əsasını qoyub. Akademik Akif Hacıyevin (1937-2015) riyaziyyatın müxtəlif aktual problemlərini, o cümlədən operatorlar nəzəriyyəsi, sinqulyar inteqrallar və digər istiqamətləri əhatə edən araşdırmaları mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib. Alimin riyazi analizin bir sıra sahələrinə dair əldə etdiyi nəticələr xarici ölkələrdəki ayrı-ayrı monoqrafiyalarda çap olunaraq yeni araşdırmaların aparılmasına təkan verib. Akademik Mirabbas Qasımov (1939-2008) operatorların spektral nəzəriyyəsi sahəsində dünyada tanınmış alim olub. Onun əsərləri bu gün də dünya riyaziyyatçıları tərəfindən ən çox istinad edilən əsərlərdir. M.Qasımovun əsas işləri müxtəlif tip diferensial operatorlar üçün spektral analizin tərs məsələlərinə və öz-özünə qoşma olmayan operatorlar nəzəriyyəsinə aid idi. O, operatorların spektral nəzəriyyəsi sahəsində müstəsna əhəmiyyətə malik tədqiqatlar aparıb, bu sahənin inkişafında dərin iz buraxıb elmi nəticələr alıb, elmi zənginləşdirən yeni ideyalar ortaya qoyub.İnstitutunda hazırlanan “Azerbaijan Journal of Mathematics” və “Proceedings of the Institute of Mathematics and Mechanics” jurnalları “Clarivate Analytics” şirkətinin “Journal Citation Reports” siyahısına daxil edilib.

Riyaziyyat və Mexanika İnstitutu ABŞ, Almaniya, Belarus, Çin Xalq Respublikası, Fransa, Gürcüstan, Hindistan, İngiltərə, İran, İtaliya, Qazaxıstan, Misir Ərəb Respublikası, Özbəkistan, Polşa, Rusiya Federasiyası, Türkiyə, Ukrayna, Yaponiya və Asiyanın digər ölkələrinin elmi tədqiqat müəssisələri ilə əməkdaşlıq edir.İnstitut əməkdaşları ölkəmizin müxtəlif ali təhsil müəssisələrində mühazirələr oxuyur, bakalavr və magistr işlərinə elmi rəhbərlik və Yekun Dövlət Attestasiya Komissiyalarına sədrlik edirlər. Bundan əlavə, institut əməkdaşları Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının işində, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyində Riyaziyyat dərsliklərinin qiymətləndirilməsi üzrə ekspert qismində, Dövlət İmtahan Mərkəzində qəbul imtahanlarının keçirilməsində və test proqramlarının hazırlanmasında fəal iştirak edirlər.скачать dle 10.6фильмы бесплатно


50

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Prezident: Azərbaycan dövləti Laçına qayıdacaq keçmiş məcburi köçkünlərin rahat yaşamasını təmin edəcək
Prezident İlham Əliyev: "Biz Laçını həm döyüş meydanında, həm siyasi yollarla qaytardıq"
Azərbaycan Prezidenti Birinci Qarabağ müharibəsindəki məğlubiyyətin əsas səbəblərini açıqlayıb
Prezident İlham Əliyev Məsim Məmmədovu Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edib
Ombudsmanın Qərb Regional Mərkəzinin əməkdaşları şəhid Orucov Kinyazın ailəsini ziyarət ediblər
Azərbaycan xalçaları və xalça toxuculuğu ənənələri Vaşinqtonda nümayiş olunur

Prezident: Azərbaycan dövləti Laçına qayıdacaq keçmiş məcburi köçkünlərin rahat yaşamasını təmin edəcək

Prezident İlham Əliyev: "Biz Laçını həm döyüş meydanında, həm siyasi yollarla qaytardıq"

Azərbaycan Prezidenti Birinci Qarabağ müharibəsindəki məğlubiyyətin əsas səbəblərini açıqlayıb

Prezident İlham Əliyev Məsim Məmmədovu Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edib

Ombudsmanın Qərb Regional Mərkəzinin əməkdaşları şəhid Orucov Kinyazın ailəsini ziyarət ediblər

Azərbaycan xalçaları və xalça toxuculuğu ənənələri Vaşinqtonda nümayiş olunur

Britaniya kəşfiyyatı: "Rusiyanın 10-cu tank alayı döyüş texnikasının çoxunu itirib"

Qərbi Azərbaycan İcmasının sözçüsü: Qayıdış Konsepsiyası BMT-nin rəsmi sənədi kimi yayılıb

Ekoaksiyanın 107-ci günü: Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!

Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması regional sülh və inkişaf üçün vacibdir - Donfrid

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.