• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

DİM SAT imtahanı verənlərə müraciət edib

18-04-2023, 14:00 | Baxılıb: 256
“DİM SAT imtahanı verənlərə müraciət edib

2023-cü ildən başlayaraq SAT imtahanları dünyada kompüter vasitəsilə (Digital SAT / Rəqəmsal SAT) keçirilməyə başlanılıb. İlk rəqəmsal SAT imtahanı Dövlət İmtahan Mərkəzində (DİM) martın 11-də təşkil olunub.

Diaspor.info DİM-ə istinadla kompüter əsaslı SAT imtahanının təşkilinə aid əsas məqamları təqdim edir:

Ünvan: Rəqəmsal SAT imtahanları DİM-in Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev, 299 ünvanında yerləşən inzibati binasında keçirilir.

Notbuk / planşet: İştirakçılar imtahan günündən öncə SAT imtahanı üçün xüsusi hazırlanmış proqram təminatını yükləməlidirlər. İmtahan iştirakçısının notbuk/planşeti yoxdursa, o, “College Board”a imtahan üçün notbuk/planşet ilə müvəqqəti təmin edilməsi barədə sorğu göndərə bilər. İmtahan günü notbuk/planşet ancaq imtahandan əvvəl “College Board”a sorğu göndərmiş iştirakçılara Mərkəzdə veriləcəkdir. İmtahan iştirakçısının notbuk və ya planşetini imtahan mərkəzinə gətirmək imkanı yoxdursa və o, “College Board”dan notbuk/planşet sorğu edilməsi prosesindən keçməyibsə, həmin iştirakçı imtahan mərkəzinə buraxılmayacaqdır.

İmtahan müddəti: Rəqəmsal SAT kağız üzərində keçirilən imtahandan daha qısa - 2 saat və aralarında 10 dəqiqəlik fasilə olmaqla iki bölmədən (oxu və yazı, riyaziyyat) ibarətdir.Proqram təminatı:

-İmtahanın proqram təminatı imtahan iştirakçıları üçün aşağıdakı imtahan funksionallığını əhatə edəcək:

-Suallara daha sonra qayıtmaq üçün onları işarələmək seçimi;

-İştirakçıların imtahan ekranının yuxarısında göstərmək və ya gizlətmək üçün seçə biləcəyi geri sayım saatı;

-İştirakçıların riyaziyyat bölməsində istifadə etmələri üçün quraşdırılmış qrafik kalkulyatoru (və ya iştirakçılar öz kalkulyatorlarını gətirə bilərlər);

-Hər bir riyaziyyat sualı üçün ümumi düsturlardan ibarət istinad vərəqi.

Proqram təminatının interfeysi və sınaq imtahanı:

Rəqəmsal SAT imtahanının proqram təminatının interfeysi və ona uyğun imtahan suallarını “College Board”un rəsmi saytından yükləyərək tanış olmaq mümkündür.

İştirakçılar imtahana gətirilməlidirlər:

İmtahanda iştirak edən şəxslər tələb olunan aşağıdakı vasitələrlə birlikdə imtahan binasında olmalıdırlar:

1. Şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu;

2. Buraxılış vərəqəsi – “Admission Ticket”;

3. “College Board”un tələblərinə cavab verən notbuk və ya planşet (adapter ilə birgə).

Qeyd olunan sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda iştirakçı test mərkəzinə buraxılmır. İştirakçılar imtahana, həmçinin kalkulyator, qeydləri aparmaq üçün qələm və ya karandaş və digər əşyaları gətirə bilərlər. Qaralama vərəq imtahan mərkəzində verilir.

Növbəti SAT imtahanının DİM test mərkəzi tərəfindən iyunun 3-də keçirilməsi nəzərdə tutulur.

Rəqəmsal SAT imtahanı barədə daha ətraflı məlumat “College Board”un rəsmi internet səhifəsində yerləşdirilib.скачать dle 10.6фильмы бесплатно


256

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Yekaterinburqda öldürülən Səfərov qardaşları Ağcabədidə dəfn olunublar
ABŞ-nin Virciniya ştatında Amerika Azərbaycan Gənclərinin 2-ci Forumu keçirilib
Pirəkəşküldə müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
İyulun 7-dən magistratura səviyyəsinə ixtisaslaşma seçiminə başlanılır
Yekaterinburqda qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə aparılıb
Bu gündən Azərbaycanda qohum evliliyi qadağan edilir

Yekaterinburqda öldürülən Səfərov qardaşları Ağcabədidə dəfn olunublar

ABŞ-nin Virciniya ştatında Amerika Azərbaycan Gənclərinin 2-ci Forumu keçirilib

Pirəkəşküldə müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

İyulun 7-dən magistratura səviyyəsinə ixtisaslaşma seçiminə başlanılır

Yekaterinburqda qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə aparılıb

Bu gündən Azərbaycanda qohum evliliyi qadağan edilir

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb

DİN: “Sputnik Azərbaycan”la bağlı araşdırma başlayıb

Ersin Tatar Azərbaycana səfər edəcək

Baş nazir Respublika Seysmoloji Xidmət Mərkəzi ilə bağlı qərar imzalayıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.