• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Akademik İsmayıl Hacıyevin ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan monoqrafiyası nəşr olunub

19-04-2023, 10:00 | Baxılıb: 341
“Akademik İsmayıl Hacıyevin ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan monoqrafiyası nəşr olunub

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin “Heydər Əliyev siyasəti: tarix və müasirlik” monoqrafiyası işıq üzü görüb.
Bölmənin mətbuat xidmətindən Diaspor.info-ya bildirilib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illiyinə həsr olunan monoqrafiyada Heydər Əliyev şəxsiyyətinin böyüklüyünə, fenomen keyfiyyətlərinə nəzər salınır, onun ideyaları və siyasətinin Azərbaycanın uğurlarının əsası olduğu göstərilir.

Altı fəsildən ibarət olan nəşrdə ümummilli lider Heydər Əliyevin Azərbaycana qayıdışından, Naxçıvanın milli-azadlıq hərəkatının mərkəzinə çevrilməsindən, Naxçıvan MSSR Ali Sovetinin Heydər Əliyevin təşəbbüsü ilə qəbul etdiyi tarixi qərarlardan, habelə ulu öndərin Azərbaycan SSR Ali Sovetindəki tarixi çıxışlarında toxunduğu vacib məsələlərdən bəhs olunur.

Qeyd olunur ki, Azərbaycanın dayanıqlı inkişafı Heydər Əliyevin müəyyənləşdirdiyi sağlam təməllər, uzaqgörən siyasət əsasında bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş monoqrafiya “Nəticə”, və 100-dən artıq mənbənin yer aldığı ədəbiyyat siyahısı ilə yekunlaşır. Monoqrafiya Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəylinin elmi redaktorluğu, A.A.Bakıxanov adına Tarix İnstitutunun “Əliyevşünaslıq” şöbəsinin müdiri, tarix elmləri doktoru Ədalət Qasımovun rəyi ilə “Elm” nəşriyyatında çapdan çıxıb.
скачать dle 10.6фильмы бесплатно


341

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Yekaterinburqda öldürülən həmyerlilərimizin meyitləri xüsusi komissiya tərəfindən müayinə edilib
Azərbaycan lideri Somali Prezidentinə təbrik məktubu ünvanlayıb
Prezident İlham Əliyev Ruandanın dövlət başçısını təbrik edib
Yekaterinburqda öldürülən Səfərov qardaşları Ağcabədidə dəfn olunublar
ABŞ-nin Virciniya ştatında Amerika Azərbaycan Gənclərinin 2-ci Forumu keçirilib
Pirəkəşküldə müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Yekaterinburqda öldürülən həmyerlilərimizin meyitləri xüsusi komissiya tərəfindən müayinə edilib

Azərbaycan lideri Somali Prezidentinə təbrik məktubu ünvanlayıb

Prezident İlham Əliyev Ruandanın dövlət başçısını təbrik edib

Yekaterinburqda öldürülən Səfərov qardaşları Ağcabədidə dəfn olunublar

ABŞ-nin Virciniya ştatında Amerika Azərbaycan Gənclərinin 2-ci Forumu keçirilib

Pirəkəşküldə müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

İyulun 7-dən magistratura səviyyəsinə ixtisaslaşma seçiminə başlanılır

Yekaterinburqda qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə aparılıb

Bu gündən Azərbaycanda qohum evliliyi qadağan edilir

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.