• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

DİM imtahan verəcək şəxslərə müraciət edib

26-04-2023, 11:30 | Baxılıb: 275
“DİM imtahan verəcək şəxslərə müraciət edib

Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi imtahanlarda diqqət yetirilən vacib məqamlardan biri də imtahan prosesinin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qəbul olunan müvafiq qaydalara uyğun və şəffaf şəkildə təşkil olunmasını təmin etməkdir.
DİM-dən Diaspor.info-ya bildirilib ki, bütün imtahan iştirakçıları üçün zəruri şəraitin yaradılması, onların bərabər şərtlər altında imtahanlarda iştirakı, imtahanda davranış qaydalarına riayət edilməsinə nəzarət və həyata keçirilən digər tədbirlər imtahan verənlərin bilikləri qiymətləndirilərkən məhz ədalətli seçimin təmin edilməsinə yönəldilir. Təəssüflər olsun ki, bəzi hallarda müəyyən şəxslər müxtəlif qeyri-qanuni üsullardan istifadə etməklə imtahanlarda müsbət nəticə əldə etməyə cəhd göstərirlər. İmtahanlarda daha çox mobil telefonla binaya daxil olmağa cəhd, müxtəlif əyani vəsaitlərdən istifadə, sual kitabçasını və cavab kartını dəyişmək, köçürməyə cəhd və digər hallara rast gəlinir. Lakin istər imtahan binasına daxil olan zaman, istər imtahan müddətində, istərsə də imtahandan sonra baş verən bütün hallar, qayda pozuntuları, DİM əməkdaşları, zərurət olduqda hüquq-mühafizə orqanları tərəfindən araşdırılır və müvafiq addımlar atılır.

Bu qayda pozuntuları hüquqi məsuliyyət yaradır və qanunvericiliklə adekvat tədbirlərin görülməsini tələb edir. Bunlardan ən əsası imtahana mobil telefon və digər rabitə vasitələri gətirməyə cəhd göstərilməsidir. Bu bütün imtahan qaydalarında iştirakçıların yol verməsi qadağan olunan hərəkətlər bəndində “imtahana mobil telefon və digər rabitə vasitələri, kalkulyator və digər elektron cihazlar, konspekt, lüğət, cədvəl, məlumat kitabçası və digər yardımçı vasitələr gətirmək və ya onlardan istifadə etmək” məzmununda öz əksini tapıb. Bu qaydalardan çıxarışlar imtahan iştirakçısının “Yaddaş kitabçasında” və “İmtahana buraxılış vərəqəsi”ndə də göstərilir.
Lakin son zamanlar təəccüblü də olsa, sosial şəbəkələrdə, eləcə də müxtəlif media vasitələrində qayda pozuntularına yol verən imtahan iştirakçılarının hərəkətlərinə sanki bəraət qazandırılması, onların qeyri-qanuni davranışlarının təbliğ olunması yönündə kampaniya aparılmasını müşahidə edirik. Aprelin 16-da keçirilən buraxılış imtahanında imtahan zalında (binanın girişində deyil) bir nəfərin üzərində mobil telefon aşkarlanması halına reaksiyaları izlədikcə buna bir daha əmin oluruq. Halbuki əksinə olmalı və ictimaiyyət, kütləvi informasiya vasitələri nümayəndələri şəxsi tanışlıq və münasibətləri kənara qoyub öz maarifləndirmə funksiyasını yerinə yetirməli idi.

Məlumdur ki, bütün imtahanlarda buraxılış rejimi zamanı imtahan binasına qadağan olunmuş vasitələrin keçirilməsinin qarşısını almaq məqsədilə yoxlama aparılır (Yeri gəlmişkən bir müddət əvvəl media və sosial şəbəkələrdə yoxlama prosesinin əleyhinə təbliğat aparılırdı. Paradoksal olsa da, indi həmin insanlar girişdə üst-başın niyə dəqiq yoxlanılmadığı sualını səsləndirirlər). Bundan öncə sənədlərin yoxlanılması zamanı da şifahi olaraq iştirakçıdan üzərində mobil telefon və ya digər elektron cihazların olub-olmaması soruşulur. Ümumiyyətlə, hamı yoxlama prosesi haqqında əvvəlcədən məlumatlı olur və bunun nəyə görə həyata keçirilməsini çox yaxşı bilir. Belə olan halda sizin təsadüfən cibinizdə mobil telefon olması və bundan xəbərsiz olmanızı iddia etmək nə dərəcədə inandırıcıdır?! Yolboyu siz əlinizi cibinizə salmırsınızmı və ya müəyyən bir çəkiyə və həcmə malik olan telefonu hiss etmirsinizmi? Ən azı üzərinizin yoxlanıldığı kabinetə daxil olanda bir ciblərimə baxım fikri yadınıza düşmürmü? Bu tip suallar saysız-hesabsızdır və hər hansı izahedici cavab verməyə çalışmaq sizi məsuliyyətli olmaq və qaydalara riayət etmək öhdəliyindən azad etmir.

Sual oluna bilər ki, yoxlama prosesində bunu aşkar etmək niyə mümkün olmayıb? Təəssüflə bildiririk ki, bəzən imtahan iştirakçıları qadağan olunmuş vasitələri bədənlərinin müxtəlif yerlərində gizlədirlər və binanın girişində yalnız səthi toxunmaqla yoxlama aparıldığı üçün onları müəyyən etmək heç də həmişə mümkün olmur. Bəzən də iştirakçılar hansı binada imtahan verdiyini əvvəlcədən bildiyi üçün bir neçə gün əvvəl ora gəlib mobil telefonu binanın içində gizlədirlər.Lakin görünür onlar bu vəziyyətdə valideyn kimi övladları ilə bağlı üzərlərinə düşən öhdəliyi lazımi şəkildə qiymətləndirməyi bacarmayıblar və hətta bu hadisəni daha da dramatikləşdirən film çəkilməsini sifariş ediblər. İnsanlar isə hadisənin mahiyyətinə varmadan bunu tirajlayırlar. Burada bizim cəmiyyətə xas olan yaxşı insan olmaq xüsusiyyəti də rol oynamamış deyil. Ancaq fransız yazıçısı Viktor Hüqonun “Yaxşı insan olmaq asandır, çətin olan ədalətli insan olmaqdır” fikrini də xatırlatmaq yerinə düşər.Bəli, çətin də olsa, ədalətli olmalıyıq!

Təşkil edilən imtahanların məqsədi iştirakçıların bilik səviyyəsini müəyyən etməklə onların əldə etdikləri nəticəyə uyğun olaraq sıralanması və müvafiq ali və ya orta ixtisas təhsili müəssisələrinə yerləşdirilməsidir. Mərkəz tərəfindən əvvəlki imtahanlarda olduğu kimi, bundan sonra da keçiriləcək imtahanlarda obyektivlik və ədalətlilik prinsipləri qorunmaqla, iştirakçıların tam təhlükəsiz və bərabər şəraitdə imtahan verməsi təmin olunacaqdır.

DİM gələcək imtahan iştirakçılarına müraciət edərək, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu, dövlət qulluğuna qəbul, eləcə də digər imtahanlarla bağlı qaydalara, tələblərə tam riayət etməyə çağırır. Bu sahədə mövcud tələbləri pozan şəxslərə qarşı ən ciddi tədbirlər görüləcəkdir.

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticəsi şagirdin təhsil sənədinə yazılır. Lakin qaydalara əsasən bu imtahandan neçə bal toplamağınızdan asılı olmayaraq şagirdin 10-cu sinifdə təhsil almaq hüququ məhdudlaşdırılmır. Müvafiq qayda pozuntusu halında imtahan iştirakçısının yalnız 9 illik təhsil bazasında kolleclərin müsabiqəsinə qatılmaq imkanı itirilmiş olur.скачать dle 10.6фильмы бесплатно


275

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Yekaterinburqda öldürülən Səfərov qardaşları Ağcabədidə dəfn olunublar
ABŞ-nin Virciniya ştatında Amerika Azərbaycan Gənclərinin 2-ci Forumu keçirilib
Pirəkəşküldə müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
İyulun 7-dən magistratura səviyyəsinə ixtisaslaşma seçiminə başlanılır
Yekaterinburqda qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə aparılıb
Bu gündən Azərbaycanda qohum evliliyi qadağan edilir

Yekaterinburqda öldürülən Səfərov qardaşları Ağcabədidə dəfn olunublar

ABŞ-nin Virciniya ştatında Amerika Azərbaycan Gənclərinin 2-ci Forumu keçirilib

Pirəkəşküldə müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

İyulun 7-dən magistratura səviyyəsinə ixtisaslaşma seçiminə başlanılır

Yekaterinburqda qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə aparılıb

Bu gündən Azərbaycanda qohum evliliyi qadağan edilir

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb

DİN: “Sputnik Azərbaycan”la bağlı araşdırma başlayıb

Ersin Tatar Azərbaycana səfər edəcək

Baş nazir Respublika Seysmoloji Xidmət Mərkəzi ilə bağlı qərar imzalayıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.