• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Mayın 14-də rezidenturaya qəbul imtahanı keçiriləcək

11-05-2023, 10:00 | Baxılıb: 298
“Mayın 14-də rezidenturaya qəbul imtahanı keçiriləcək

Mayın 14-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı, birinci cəhd) imtahanı keçiriləcək.
DİM-dən Diaspor.info-ya bildirilib ki, imtahanda 1302 namizəd iştirak edəcək. Onlardan 1002 nəfər Azərbaycan, 300 nəfər isə rus bölməsi üzrə imtahan verəcək. Ərizə verənlərin 566 nəfəri oğlan, 736 nəfəri isə qızdır. 314 nəfər cari ilin, 587 nəfər əvvəlki illərin məzunudur. 401 nəfər növbəti illərdə məzun olacaq tələbələrdir. 9 nəfər xarici ölkə vətəndaşıdır.

Bakı və Naxçıvan şəhərlərində keçiriləcək imtahan saat 11:00-da başlanacaq və 2 saat 30 dəqiqə davam edəcək. Saat 10:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

İmtahan vermək istəyən namizədlər DİM-in internet saytına daxil olaraq buraxılış vərəqəsini çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Namizədin yaddaş kitabçası” da təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

Namizədlər imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:

- Şəxsiyyəti təsdiq edən sənədin əsli;

- İmtahana buraxılış vərəqəsi.
İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. İştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edirik. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.

İmtahanların keçirilməsi üçün ümumilikdə 6 imtahan binası, 14 imtahan rəhbəri, 6 ümumi imtahan rəhbəri, 106 nəzarətçi-müəllim, 18 buraxılış rejimi əməkdaşı (mühafizə) və 6 bina nümayəndəsi ayrılıb.скачать dle 10.6фильмы бесплатно


298

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Yekaterinburqda öldürülən həmyerlilərimizin meyitləri xüsusi komissiya tərəfindən müayinə edilib
Azərbaycan lideri Somali Prezidentinə təbrik məktubu ünvanlayıb
Prezident İlham Əliyev Ruandanın dövlət başçısını təbrik edib
Yekaterinburqda öldürülən Səfərov qardaşları Ağcabədidə dəfn olunublar
ABŞ-nin Virciniya ştatında Amerika Azərbaycan Gənclərinin 2-ci Forumu keçirilib
Pirəkəşküldə müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Yekaterinburqda öldürülən həmyerlilərimizin meyitləri xüsusi komissiya tərəfindən müayinə edilib

Azərbaycan lideri Somali Prezidentinə təbrik məktubu ünvanlayıb

Prezident İlham Əliyev Ruandanın dövlət başçısını təbrik edib

Yekaterinburqda öldürülən Səfərov qardaşları Ağcabədidə dəfn olunublar

ABŞ-nin Virciniya ştatında Amerika Azərbaycan Gənclərinin 2-ci Forumu keçirilib

Pirəkəşküldə müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

İyulun 7-dən magistratura səviyyəsinə ixtisaslaşma seçiminə başlanılır

Yekaterinburqda qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə aparılıb

Bu gündən Azərbaycanda qohum evliliyi qadağan edilir

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.