• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Doktorantura və dissertanturada xarici dil üzrə qəbul imtahanlarının yazı blokuna qoyulan tələblər müəyyənləşib

26-05-2023, 15:00 | Baxılıb: 295
“Doktorantura və dissertanturada xarici dil üzrə qəbul imtahanlarının yazı blokuna qoyulan tələblər müəyyənləşib

Doktorantura və dissertantura səviyyəsində xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanlarının yazı blokuna qoyulan tələblər müəyyənləşib.
Diaspor.info xəbər verir ki, xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanı vermək istəyən namizəd (doktoranturaya qəbul olmaq istəyən şəxslər) və iddiaçılar (artıq doktoranturaya qəbul olmuş şəxslər) xarici dil imtahanında çoxpilləli təhsil sistemi çərçivəsində mənimsədikləri bilik və bacarıqları, söz ehtiyatını, praktik qrammatikanın əsaslarını nitq fəaliyyətinin bütün növləri üzrə kompleks şəkildə, yəni dinləyib-anlama, oxuyub-anlama, yazı və danışıq vərdişləri əhatə olunmaqla nümayiş etdirməlidirlər.

Yazı bloku üzrə tapşırıq nümunəsi imtahanın istiqamətindən asılı olaraq dəyişir. Belə ki, xarici dil üzrə qəbul imtahanı üçün qeydiyyatdan keçmiş namizədlərdən esse (fikir bildirmə, mühakimə xarakterli və s.) yazmaq tələb olunur.

Esse yazarkən namizədlərə qoyulan tələblər bunlardır:

- Esse seçilmiş xarici dildə olub verilmiş mövzuya uyğun işlənməli;

- Tərkib hissələri (giriş, əsas hissə (bir neçə abzasdan ibarət ola bilər) və nəticə) abzaslarla fərqləndirilməli;

- Həcmi 200-250 söz olmalı;

- Tərkib hissələri arasındakı məntiqi rabitə gözlənilməli;

- Publisistik üslubda olmalı;

- Essenin mövzusu dolğun şəkildə şərh edilib, əhatə olunmalı;

- Neytrallıq qorunmaqla mövzu ilə bağlı müstəqil fikir yürüdülməli;

- Fikirlərin əsaslandırılması üçün müxtəlif sübutedici mənbələrdən yerli-yerində istifadə edilməli;
- Akademik yazı qaydalarına əməl edilməlidir.

Xarici dil üzrə fəlsəfə doktoru imtahanında isə iddiaçılardan vizual məlumatın (məsələn, cədvəl, diaqram (xətti, dairəvi diaqram) və s) təsvirini vermək tələb olunur.

Vizual məlumatı təsvir edən zaman iddiaçılara qoyulan tələblər bunlardır:

- Vizual məlumatın təsviri seçilmiş xarici dildə olub vizual məlumata uyğun olmalı;

- Tərkib hissələri (giriş, əsas hissə (xülasə və detalları əhatə etməklə bir neçə abzasdan ibarət ola bilər) və nəticə) abzaslarla fərqləndirilməli;

- Həcmi 150-180 söz olmalı;

- Tərkib hissələri arasındakı məntiqi rabitə gözlənilməli;

- Elmi-publisistik üslubda olmalı;

- Vizual təsvir əsas məqamlara toxunulmaqla əhatəli olunmalı;

- Vizual məlumat analiz olunaraq düzgün şərh edilməli və müqayisələr aparılmalı;

- Neytrallıq qorunmalı, şəxsi fikirlərə yol verilməməli;

- Vizual məlumatın təsvirində tərkib hissələri və fikirlər arasında məntiqi rabitə gözlənilməli;

- Vizual məlumat mövzuya uyğun zəngin söz ehtiyatı ilə təsvir olunmalı;

- Akademik yazı qaydalarına əməl edilməlidir.

Yerinə yetirilməmiş, yazı müəllifini tanıtmaq məqsədilə hər hansı işarə vurulmuş, namizədin özü və ya yaxınları, müəllimləri və s. barəsində məlumat yazılmış və ya təqdim olunan mövzulardan biri əvəzinə, hər hansı digər mövzuda və ya seçilmiş xarici dil əvəzinə digər dildə yazılmış, həmçinin oxunulması mümkün olmayan yazı işləri “0” balla qiymətləndirilir.

Yazı işi DİM tərəfindən təqdim olunan diyircəkli qələm vasitəsilə yerinə yetirilməlidir.

Xarici dil üzrə həm esse, həm də vizual məlumatın təsviri üzrə yazı işini yerinə yetirmək üçün namizəd və iddiaçılara təqdim olunan A3 ölçülü vərəqin son səhifəsi qaralama kimi istifadə oluna bilər. Qaralama hissədə aparılan qeydlər qiymətləndirmədə nəzərə alınmır.скачать dle 10.6фильмы бесплатно


295

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Heykəltəraş Seyfəddin Qurbanovun adı Xarkovda əbədiləşdirilib
Yekaterinburqda Azərbaycan vətəndaşlarının və azərbaycanəsilli şəxslərin işgəncələrə məruz qalmaları və öldürülmələri ilə bağlı cinayət işi başlanıb
DSMF: Son altı ayda sosial şəbəkələr vasitəsilə 12 min 60 vətəndaş müraciəti cavablandırılıb
Ekspertiza rəyi: Hüseyn Səfərovun ölüm səbəbi çoxsaylı xəsarətlər nəticəsində baş verən posttravmatik və posthemoragik şokdur
Yekaterinburqda öldürülən həmyerlilərimizin meyitləri xüsusi komissiya tərəfindən müayinə edilib
Azərbaycan lideri Somali Prezidentinə təbrik məktubu ünvanlayıb

Heykəltəraş Seyfəddin Qurbanovun adı Xarkovda əbədiləşdirilib

Yekaterinburqda Azərbaycan vətəndaşlarının və azərbaycanəsilli şəxslərin işgəncələrə məruz qalmaları və öldürülmələri ilə bağlı cinayət işi başlanıb

DSMF: Son altı ayda sosial şəbəkələr vasitəsilə 12 min 60 vətəndaş müraciəti cavablandırılıb

Ekspertiza rəyi: Hüseyn Səfərovun ölüm səbəbi çoxsaylı xəsarətlər nəticəsində baş verən posttravmatik və posthemoragik şokdur

Yekaterinburqda öldürülən həmyerlilərimizin meyitləri xüsusi komissiya tərəfindən müayinə edilib

Azərbaycan lideri Somali Prezidentinə təbrik məktubu ünvanlayıb

Prezident İlham Əliyev Ruandanın dövlət başçısını təbrik edib

Yekaterinburqda öldürülən Səfərov qardaşları Ağcabədidə dəfn olunublar

ABŞ-nin Virciniya ştatında Amerika Azərbaycan Gənclərinin 2-ci Forumu keçirilib

Pirəkəşküldə müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.