• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Azərbaycanda müəllimlərə təhsil müəssisəsinin ərazisində siqaret çəkmək qadağan edilib

23-05-2024, 23:00 | Baxılıb: 385
“Azərbaycanda müəllimlərə təhsil müəssisəsinin ərazisində siqaret çəkmək qadağan edilib

Azərbaycanda təhsilverənlərə xidməti vəzifələrini icra edərkən təhsil müəssisəsinin ərazisində siqaret çəkmək qadağan edilib.

Diaspor info-nun məlumatına görə, bu, yeni təsdiqlənən “Təhsilverənlərin etik davranış Qaydaları”na öz əksini tapıb.

Təhsilverənlərin xidməti davranış qaydalarna əsasən, icra və əmək intizamına riayət edilməli, üzrsüz səbəbdən işdən yayınmamalıdır.

Təhsilverən birbaşa və yuxarı rəhbərinin qanunvericiliyə uyğun olan və səlahiyyətləri daxilində qəbul etdiyi əmr və (və ya) tapşırıqları yerinə yetirməyə borcludur. Həmçinin birbaşa və ya yuxarı rəhbər tərəfindən verilən əmr, sərəncam və ya tapşırığın qanuna və ya digər normativ hüquqi akta zidd olmasına əmindirsə, bu barədə yazılı əsaslandırmanı birbaşa və ya yuxarı rəhbərinə təqdim etməlidir. O, birbaşa rəhbərindən bu əmr, sərəncam və ya tapşırığın yazılı şəkildə təsdiq olunmasını tələb etməlidir.

Birbaşa rəhbərindən yazılı şəkildə təsdiq edilmiş əmr, sərəncam və ya tapşırıq almasına baxmayaraq, təhsilverən onların qanuna, yaxud digər normativ hüquqi akta zidd olmasına inanmaqda davam edərsə, o, həmin əmr, sərəncam və ya tapşırığın yerinə yetirilməsindən imtina edə bilər.

Müəssisə rəhbərinin qanuni göstərişlərinin yerinə yetirilməməsi intizam məsuliyyətinə səbəb olur. Təhsilverən korrupsiyaya imkan verməməli, təhsilalanları korrupsiyaya qarşı barışmazlıq ruhunda yetişdirməlidir. Təhsilverən xidməti vəzifəsinin qərəzsiz icrası (icra etməməsi) ilə bağlı məsələlərdə ona təsir etmək cəhdlərinin qarşısını qətiyyətlə almalı, belə cəhdlərin mövcudluğunu ehtimal etməyə əsas olduqda heç kimdən hər hansı formada hədiyyə, bəxşiş, ödəniş və s. tələb və ya qəbul etməməlidir. Bu qayda qonaqpərvərliklə bağlı və dəyəri “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunda nəzərdə tutulmuş məbləğdən yuxarı olmayan hədiyyələrin təqdim olunduğu hallara şamil edilmir.

Təhsilverən özünün bilik və bacarıqlarını inkişaf etdirməli, təhsilalanların nailiyyətlərini yüksəltmək məqsədilə davamlı peşəkar inkişafını, eləcə də nitqində Azərbaycan ədəbi dilinin normalarına riayət etməlidir.

Təhsilverən təhsilalanların rifahı və öyrənməsi üçün dəstəkləyici, inkişafetdirici, sağlam və təhlükəsiz mühitin qurulmasını təmin etməlidir. Təhsilverən xidməti vəzifələrini icra edərkən təhsil müəssisəsinin ərazisində siqaret çəkməməlidir. Təhsilverən dövlət əmlakından şəxsi maraqlar, habelə xidməti vəzifələrinin icrası ilə əlaqədar olmayan digər məqsədlər üçün istifadə etməməlidir.скачать dle 10.6фильмы бесплатно


385

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Koreyanın ibtidai məktəbində Azərbaycan Günü təşkil olunub
Əlilliyi olan şəxslər üçün hüquqi maarifləndirmə tədbiri keçirilib
Elçin Əmirbəyov İrlandiya rəsmiləri ilə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib
Daşkənddə Türk Dövlətləri Təşkilatının III Diaspor Gənclərinin Forumu keçirilib
Zəfər tariximizi yazan Rəşadətli Azərbaycan Ordusu
Türkiyə Prezidenti ilə Almaniya Federal Kansleri bölgədəki son hadisələri müzakirə ediblər

Koreyanın ibtidai məktəbində Azərbaycan Günü təşkil olunub

Əlilliyi olan şəxslər üçün hüquqi maarifləndirmə tədbiri keçirilib

Elçin Əmirbəyov İrlandiya rəsmiləri ilə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib

Daşkənddə Türk Dövlətləri Təşkilatının III Diaspor Gənclərinin Forumu keçirilib

Zəfər tariximizi yazan Rəşadətli Azərbaycan Ordusu

Türkiyə Prezidenti ilə Almaniya Federal Kansleri bölgədəki son hadisələri müzakirə ediblər

Prezident İlham Əliyev UFC-nin prezidentini qəbul edib

Bakının üç rayonuna prokuror təyin edilib

Prezident İlham Əliyev Azərbaycan ilə Çin arasında beynəlxalq multimodal daşımalar haqqında Sazişi təsdiqləyib

Azərbaycan ilə Küveyt kənd təsərrüfatı sahəsində əməkdaşlıq edəcək - FƏRMAN

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.