• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Milli Müdafiə Universiteti ali hərbi təhsil müəssisələrinə abituriyent qəbulu elan edir

29-07-2024, 18:00 | Baxılıb: 242
“Milli Müdafiə Universiteti ali hərbi təhsil müəssisələrinə abituriyent qəbulu elan edir

Milli Müdafiə Universiteti 2024/2025-ci tədris ili üçün ali təhsilin bakalavr pilləsi üzrə Türkiyə Respublikasının ali hərbi təhsil müəssisələrinə abituriyent qəbulu elan edir.
Diaspor.info xəbər verir ki, tələblərə cavab verən namizədlər cari il avqustun 2-dək xaricdə hərbi təhsil üzrə ilkin qeydiyyat forması (mmu.edu.az/qeydiyyat) üzərindən müraciət edə bilər.

Tələblər: Dövlət İmtahan Mərkəzi tərəfindən I, II, III ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanlarında 450 bal və daha yüksək nəticə əldə etmiş, cari ildə ümumtəhsil müəssisələrində tam orta təhsil səviyyəsini bitirmiş, qəbul ilində 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşı olması.

Hərbi ixtisaslarla yanaşı verilən müvafiq ali peşə-ixtisasları: aerokosmik mühəndislik; kompüter mühəndisliyi; elektrik və elektronika mühəndisliyi; mexanika mühəndisliyi; radiotexnika və telekommunikasiya mühəndisliyi; sənaye mühəndisliyi; inşaat mühəndisliyi; gəmi inşaatı və gəmi mexanikası mühəndisliyi; müdafiə fəaliyyətləri (menecment); beynəlxalq münasibətlər; tarix.

İmtiyazlar: 500 (beş yüz) manat məbləğində birdəfəlik ödəmə; 150 (yüz əlli) manat məbləğində aylıq təqaüd; 200 (iki yüz) manat məbləğində ailə üzvlərinə aylıq maddi yardım; 200 (iki yüz) manat məbləğində hesabda yığılan aylıq ödəniş; təhsil müddətində təhsilalanların bütün təminat növləri ilə təmin olunması (yataqxana, qidalanma, xüsusi geyim forması və s.); ildə bir dəfə Azərbaycana gediş-gəliş xərclərinin təmin olunması.

Qeydiyyat üçün xaricdə hərbi təhsil üzrə ilkin qeydiyyat formasını (mmu.edu.az/qeydiyyat) dəqiq doldurulması xahiş olunur.Namizədlər müvafiq sənədlərini təqdim etməsi və ətraflı məlumat əldə etməsi üçün avqustun 3-də saat 15:00-da Heydər Əliyev adına Hərbi İnstitutda keçiriləcək tədbirə dəvət olunurlar. Namizədlərdən qəbul imtahanlarının I və II mərhələsinin nəticələrini təsdiq edən sənədlər, 3x4 sm formatında 4 ədəd fotoşəkil və şəxsiyyət vəsiqələri ilə birlikdə (arzu etdikləri təqdirdə valideynləri ilə birlikdə iştirak edə bilərlər) yaxınlaşmaları xahiş olunur. Ünvan: Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsi 9a

Ətraflı məlumat üçün Türkiyə Respublikasının Milli Müdafiə Universitetinin (www.msu.edu.tr) və tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinin (Kara Harp Okulu (kho.msu.edu.tr), Hava Harp Okulu (hho.msu.edu.tr) və Deniz Harp Okulu (dho.msu.edu.tr)) rəsmi saytlarına keçid etmək və ya *0811 qısa nömrəsi ilə əlaqə saxlamaq lazımdır.скачать dle 10.6фильмы бесплатно


242

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Yekaterinburqda öldürülən Səfərov qardaşları Ağcabədidə dəfn olunublar
ABŞ-nin Virciniya ştatında Amerika Azərbaycan Gənclərinin 2-ci Forumu keçirilib
Pirəkəşküldə müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
İyulun 7-dən magistratura səviyyəsinə ixtisaslaşma seçiminə başlanılır
Yekaterinburqda qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə aparılıb
Bu gündən Azərbaycanda qohum evliliyi qadağan edilir

Yekaterinburqda öldürülən Səfərov qardaşları Ağcabədidə dəfn olunublar

ABŞ-nin Virciniya ştatında Amerika Azərbaycan Gənclərinin 2-ci Forumu keçirilib

Pirəkəşküldə müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

İyulun 7-dən magistratura səviyyəsinə ixtisaslaşma seçiminə başlanılır

Yekaterinburqda qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə aparılıb

Bu gündən Azərbaycanda qohum evliliyi qadağan edilir

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb

DİN: “Sputnik Azərbaycan”la bağlı araşdırma başlayıb

Ersin Tatar Azərbaycana səfər edəcək

Baş nazir Respublika Seysmoloji Xidmət Mərkəzi ilə bağlı qərar imzalayıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.