• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Elbrus İsayev: Naxçıvandan başlanan 15 illik yol Türk Dövlətləri Təşkilatı üçün məhsuldar dövr olub

3-10-2024, 17:00 | Baxılıb: 616
“Elbrus İsayev: Naxçıvandan başlanan 15 illik yol Türk Dövlətləri Təşkilatı üçün məhsuldar dövr olub

15 illik yol Türk Dövlətləri Təşkilatı üçün çox məhsuldar olub.
Diaspor.info xəbər verir ki, bunu Naxçıvan Dövlət Universitetinin (NDU) rektoru Elbrus İsayev 3 oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günü və Naxçıvan Sazişinin imzalanmasının 15-ci ildönümü münasibətilə “Naxçıvan Müqaviləsinin 15-ci İldönümündə Türk Dövlətləri Təşkilatı” mövzusunda keçirilən tədbirdən sonra jurnalistlərə açıqlamasında deyib.

Rektor qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sazişin Naxçıvanda imzalanması tarixi hadisəyə çevrilib:

“Artıq inkişaf edən, hər sahədə səmərəli əməkdaşlıq platforması yaradan Türk dövlətlərinin və Türk Dövlətləri Təşkilatının müxtəlif sahələrdə inkişaf perspektivlərinin ümumi faktlarla müzakirəsi universitetin auditoriyası üçün kifayət qədər maraqlıdır. Naxçıvandan başlanan 15 illik yolun Türk Dövlətləri Təşkilatı üçün məhsuldar dövr olduğu birmənalıdır”.

Onun sözlərinə görə, Naxçıvan türk dünyası üçün hər zaman aktual məsələlərdən biri olub:

“Heç təsadüfi deyil ki, Naxçıvan Türk dünyasının qapısı adlandırılır. Naxçıvan özünün geostrateji əhəmiyyəti ilə Türk dünyası üçün hər zaman maraqlı olub, bu gün də maraqlıdır. Ulu Öndər Heydər Əliyev bu məsələdə həmişə Naxçıvanın mövqeyinə xüsusi əhəmiyyət verib. Prezidentin müəyyənləşdirdiyi prioritetlər içərisində Türk dünyasına üstünlüyün verilməsi, bu siyasətdə Naxçıvanın yerli mövqeyinin müəyyənləşməsi qeyd olunmalıdır.

Türk dünyasının coğrafi bütövlüyünü və nəqliyyat-kommunikasiya imkanlarının genişlənməsini perspektiv layihə kimi görürük. Hesab edirəm ki, tədbirdəki müzakirələrdə Naxçıvana geniş yerin ayrılması təsadüfi deyil. Bu tarixi, siyasi, coğrafi aspektlərlə bağlı məsələdir”.скачать dle 10.6фильмы бесплатно


616

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb
DİN: “Sputnik Azərbaycan”la bağlı araşdırma başlayıb
Ersin Tatar Azərbaycana səfər edəcək
Baş nazir Respublika Seysmoloji Xidmət Mərkəzi ilə bağlı qərar imzalayıb
Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb
Pakistanın Baş naziri iyulun 3-də Azərbaycana səfər edəcək

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb

DİN: “Sputnik Azərbaycan”la bağlı araşdırma başlayıb

Ersin Tatar Azərbaycana səfər edəcək

Baş nazir Respublika Seysmoloji Xidmət Mərkəzi ilə bağlı qərar imzalayıb

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb

Pakistanın Baş naziri iyulun 3-də Azərbaycana səfər edəcək

Türkiyə Prezidenti Azərbaycana səfərə gələcək

"Baksol yolu"nda gəncin kanalizasiya quyusuna düşərək ölməsi ilə bağlı cinayət işi açılıb

Rusiya Ombudsmanı Yekaterinburqda azərbaycanlılara hücumlarla bağlı Baş Prokurorluğa müraciət edib

Azərbaycan XİN-də yeni idarə yaradılıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.