• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Ümumi təhsil müəssisələrində rəqəmsal savadlılıq üzrə təlimlərə start verilib

13-01-2026, 13:00 | Baxılıb: 334
“Ümumi təhsil müəssisələrində rəqəmsal savadlılıq üzrə təlimlərə start verilib

Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən “Təhsilin inkişafı” işçi qrupunun Tədbirlər Planının icrasının təmin edilməsi məqsədilə ümumi təhsil müəssisələrində “İnternet təhlükəsizliyi və rəqəmsal savadlılıq” mövzusunda təlimlərə başlanılıb.

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən Diaspor.info-ya verilən məlumata görə, təlimlərin əsas məqsədi təhsil sistemində keyfiyyətin yüksəldilməsi, müasir rəqəmsal yanaşmaların tətbiqi, şagirdlərin internet mühitində təhlükəsiz davranış vərdişlərinin formalaşdırılması, kibertəhlükələrdən qorunma və şəxsi məlumatların mühafizəsi sahəsində biliklərinin artırılmasıdır. Eyni zamanda müəllimlər və təhsil işçilərinin rəqəmsal texnologiyalardan səmərəli istifadə bacarıqlarının inkişaf etdirilməsi də layihənin əsas hədəflərindəndir.

Təsdiq olunmuş qrafikə əsasən təlimlərin cari il ərzində şəhər və rayonlar üzrə ümumilikdə 20 ümumi təhsil müəssisəsində keçirilməsi nəzərdə tutulur.

Layihəyə ilkin mərhələdə Naxçıvan Qızlar Liseyində start verilib. Təlim proqramı çərçivəsində Nazirliyin əməkdaşı Kənan Hüseynəliyev tərəfindən müəllimlər üçün rəqəmsal savadlılıq, şagirdlər üçün isə internet təhlükəsizliyi mövzularında ayrı-ayrılıqda təlimlər keçirilib. Təlimlər zamanı rəqəmsal alətlərin tədris prosesində tətbiqi və internet üzərindən informasiyasının düzgün əldə edilməsi, ötürülməsi, şəxsi məlumatların qorunması, eləcə də onlayn etik davranış qaydaları barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, təlimlər növbəti mərhələlərdə də davam etdiriləcək və əldə olunan biliklərin təhsil müəssisələrində praktik şəkildə tətbiqi təmin olunacaq. Bu təşəbbüs ümumtəhsil sistemində rəqəmsal savadlılığın artırılmasına və uşaqların internet mühitində təhlükəsizliyinin təmin olunmasına xidmət edir.скачать dle 10.6фильмы бесплатно


334

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Meksika nəşri Azərbaycan diasporundan yazıb
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb
İlham Əliyev Belçika Kralını milli bayramları münasibətilə təbrik edib
İlham Əliyev: Azərbaycan-Birləşmiş Krallıq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət veririk
Magistraturaya ixtisas seçimi başlayıb

Meksika nəşri Azərbaycan diasporundan yazıb

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir

Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb

İlham Əliyev Belçika Kralını milli bayramları münasibətilə təbrik edib

İlham Əliyev: Azərbaycan-Birləşmiş Krallıq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət veririk

Magistraturaya ixtisas seçimi başlayıb

Prezident İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb

İran Prezidenti: Bu gün ən vacib döyüş meydanı iqtisadiyyat və xalqın dolanışığıdır

Dəmir və polad çubuqların idxalına yeni gömrük yığımı müəyyənləşdirilib

Azərbaycanın BƏT-in bir sıra konvensiyalarına qoşulması üçün təkliflər hazırlanacaq

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.