• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Parlamentin Elm və təhsil komitəsinin yaz sessiyasında ilk iclası keçirilib

22-01-2026, 16:00 | Baxılıb: 324
“Parlamentin Elm və təhsil komitəsinin yaz sessiyasında ilk iclası keçirilib

Yanvarın 22-də Milli Məclisin Elm və təhsil komitəsinin 2026-cı il yaz sessiyasında ilk iclası keçirilib.

Diaspor.info xəbər verir ki, komitə sədri Anar İsgəndərov gündəliyə 2025-ci ilin payız sessiyası ərzində Elm və təhsil komitəsində görülmüş işlərin hesabatının, komitənin 2026-cı ilin yaz sessiyası üçün iş planının layihəsinin, habelə “Patent haqqında” Qanununda dəyişiklik edilməsi barədə” (ikinci oxunuş) və “Təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə” qanun layihələrinin daxil edildiyini söyləyib.

Sonra komitə sədri payız sessiyası ərzində Elm və təhsil komitəsində görülmüş işlərin hesabatını təqdim edib, 2026-cı ilin yaz sessiyası üçün iş planının layihəsi barədə məlumat verib. O, iş planına qanunvericilik təşəbbüsü qaydasında təqdim ediləcək qanun layihələrinin, habelə qanunlarda ediləcək dəyişikliklərlə bağlı məsələlərin daxil edildiyini, habelə sessiya ərzində təhsillə bağlı ictimai dinləmələrin keçirilməsinin və digər tədbirlərin nəzərdə tutulduğunu söyləyib.

İclasda komitənin 2025-ci ilin payız sessiyası dövründə görülən işlər barədə hesabatı qənaətbəxş hesab edilib, 2026-cı ilin yaz sessiyası üçün iş planı təsdiqlənib.

Daha sonra iclasda parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev “Patent haqqında” Qanununda dəyişiklik edilməsi barədə” (ikinci oxunuş) və “Təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə” qanun layihələrini təqdim edib.

Nəzərə çatdırılıb ki, Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi” Qaydasına əsasən, təkrar ali, orta ixtisas və yüksək texniki peşə təhsili, dərəcələrin yüksəldilməsi, yaşlıların təhsili yalnız ödənişli əsaslarla həyata keçirilir və müvafiq maliyyə xərcləri kadrın çalışdığı təşkilat və yaxud kadrın özü tərəfindən ödənilir.

“Patent haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edən şöbə müdiri layihə barədə birinci oxunuşda ətraflı məlumat verildiyini, sənədə dair heç bir əlavə qeydin olmadığını bildirib.

Sonra hər iki qanun layihəsi Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə olunub.скачать dle 10.6фильмы бесплатно


324

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Meksika nəşri Azərbaycan diasporundan yazıb
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb
İlham Əliyev Belçika Kralını milli bayramları münasibətilə təbrik edib
İlham Əliyev: Azərbaycan-Birləşmiş Krallıq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət veririk
Magistraturaya ixtisas seçimi başlayıb

Meksika nəşri Azərbaycan diasporundan yazıb

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir

Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb

İlham Əliyev Belçika Kralını milli bayramları münasibətilə təbrik edib

İlham Əliyev: Azərbaycan-Birləşmiş Krallıq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət veririk

Magistraturaya ixtisas seçimi başlayıb

Prezident İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb

İran Prezidenti: Bu gün ən vacib döyüş meydanı iqtisadiyyat və xalqın dolanışığıdır

Dəmir və polad çubuqların idxalına yeni gömrük yığımı müəyyənləşdirilib

Azərbaycanın BƏT-in bir sıra konvensiyalarına qoşulması üçün təkliflər hazırlanacaq

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.