• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

DİM dövlət qulluqçusu olmaq istəyən 1 000-dən çox namizəd üçün imtahan keçirəcək

3-02-2026, 11:00 | Baxılıb: 306
“DİM dövlət qulluqçusu olmaq istəyən 1 000-dən çox namizəd üçün imtahan keçirəcək

Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 5-də inzibati rəhbər vəzifələrə aid AB, AC və inzibati icraçı vəzifələrə aid BA, BB vəzifə altqruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı və dövlət qulluğunda inzibati vəzifələrin B növünə aid BB vəzifə altqrupuna uyğun vəzifələr üzrə qəbul imtahanı keçirəcək.

DİM-dən Diaspor.info-ya verilən məlumata görə, BB vəzifə altqrupu üzrə test imtahanında iştirak üçün 854 namizəd qeydiyyatdan keçib.

Namizədlər bu linkə daxil olub "İmtahana buraxılış vərəqəsi"ni çap etməlidirlər. Namizədlər imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və "İmtahana buraxılış vərəqəsi"ni mütləq gətirməlidirlər.

İmtahan saat 10:00-da başlayacaq. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmır.

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahanda iştirak üçün AB qrupu üzrə 3, AC qrupu üzrə 5, BA qrupu üzrə 42, BB qrupu üzrə isə 110 olmaqla, ümumilikdə 160 namizəd qeydiyyatdan keçib.

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı iştirakçıları bu linkə daxil olub "İmtahana buraxılış vərəqəsi"ni çap etməlidirlər.

Buraxılış vərəqəsində imtahana gəlməli olan vaxt və digər zəruri məlumatlar göstərilib. İmtahan saat 16:00-da başlanır və 2 saat 30 dəqiqə davam edir. Saat 15:45-dən sonra gələn namizədlər imtahana buraxılmır.

Namizədlər imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və "İmtahana buraxılış vərəqəsi"ni mütləq gətirməlidirlər.

İmtahanların keçirilməsi üçün 12 imtahan rəhbəri, 68 nəzarətçi və 10 buraxılış rejimi əməkdaşı ayrılıb.скачать dle 10.6фильмы бесплатно


306

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Meksika nəşri Azərbaycan diasporundan yazıb
Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb
İlham Əliyev Belçika Kralını milli bayramları münasibətilə təbrik edib
İlham Əliyev: Azərbaycan-Birləşmiş Krallıq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət veririk

Meksika nəşri Azərbaycan diasporundan yazıb

Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir

Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb

İlham Əliyev Belçika Kralını milli bayramları münasibətilə təbrik edib

İlham Əliyev: Azərbaycan-Birləşmiş Krallıq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət veririk

Magistraturaya ixtisas seçimi başlayıb

Prezident İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb

İran Prezidenti: Bu gün ən vacib döyüş meydanı iqtisadiyyat və xalqın dolanışığıdır

Dəmir və polad çubuqların idxalına yeni gömrük yığımı müəyyənləşdirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.