• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Azərbaycan və Tacikistan arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq genişlənir

8-04-2026, 20:00 | Baxılıb: 222
“Azərbaycan və Tacikistan arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq genişlənir

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyində Tacikistanın İqtisadi İnkişaf və Ticarət Nazirliyinin nümayəndələri ilə görüş keçirilib.

Agentlikdən Diaspor.info-ya bildirilib ki, görüş 2024-cü ildə “Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında” imzalanan sazişin icrası ilə əlaqədar baş tutub.

Görüşdə Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin üzvü Sənan Tapdıqov Agentliyin fəaliyyət istiqamətləri və həyata keçirdiyi islahatlar, o cümlədən “Patentlərə, Əmtəə Nişanlarına Açıq Hədəf” (PƏNAH) rəqəmli informasiya sistemi, “İxtiralar, faydalı modellər, sənaye nümunələri, əmtəə nişanları və coğrafi göstəricilərə dair “Açıq reyestr”lər barədə, həmçinin ölkəmizin Qlobal İnnovasiya İndeksində irəliləyişi və innovasiya fəaliyyətini ölçən əsas göstəricilər üzrə əldə olunan müsbət nəticələri haqqında ətraflı məlumat verib.

Tacikistan İqtisadi İnkişaf və Ticarət Nazirliyinin “Milli Patent-İnformasiya Mərkəzi”nin rəhbərinin müavini Rəcəbzadə Pərviz Mərkəzin fəaliyyəti və əsas prioritetləri barədə danışıb. O, Əqli Mülkiyyət Agentliyi ilə əməkdaşlığın əhəmiyyətini xüsusi vurğulayaraq bildirib ki, belə qarşılıqlı əlaqələr təcrübə mübadiləsi, kadr hazırlığı və birgə layihələrin həyata keçirilməsi baxımından böyük imkanlar yaradır.

Görüş zamanı tərəflər arasında əqli mülkiyyət sahəsində əməkdaşlığın perspektivləri, ekspertlər üçün təlim və təcrübə proqramlarının təşkili, habelə informasiya mübadiləsinin genişləndirilməsi məsələləri müzakirə olunub.скачать dle 10.6фильмы бесплатно


222

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Meksika nəşri Azərbaycan diasporundan yazıb
Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib
Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb

Meksika nəşri Azərbaycan diasporundan yazıb

Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib

Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib

Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb

İlham Əliyev Belçika Kralını milli bayramları münasibətilə təbrik edib

İlham Əliyev: Azərbaycan-Birləşmiş Krallıq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət veririk

Magistraturaya ixtisas seçimi başlayıb

Prezident İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.