KƏNGƏRLİ ŞƏHİDLƏRİ SİLSİLƏSİNDƏN: ŞƏHİD LEYTENANT QƏDİMOV GÜLOĞLAN NURƏDDİN OĞLU VƏTƏN MÜHARİBƏSİNDƏ TARİX YAZANLARDANDIR.
Güloğlan Qədimov Nurəddin oğlu da, mənim həmkəndlimdir. Atası Nurəddinlə tay-tuş sayılırıq. Bu xəbəri eşitmək mənim üçün də, çox ağrılı oldu.
Güloğlan İkinci Qarabağ savaşında “Vətən Müharibəsində” tarix yazanlardan oldu. Bu həm qürurvericidir, həm də, şərəflidir.
Onun keçdiyi döyüş yolu, göstərdiyi qəhrəmanlıqlar barəsində illər sonra dastanlar yazılacaq, filmlər çəkiləcəkdir.
Qıvraq, Kəngərli rayonu, Naxçıvan MR-sı və ümumiyyətlə bütün Azərbaycan Güloğlan Qədimov kimi qəhrəmanlarla fəxr edir, qürur duyurlar.
Şəhid zabitimiz haqqında qısa arayışla oxucularımızı da, tanış etmək istəyirik:
18-07-1997-ci ildə Naxçıvan MR-sı Şərur rayonun Qıvraq kəndində anadan olub. 2003-cü ildə Kəngərli rayonu Qıvraq qəsəbə məktəbinin birinci sinifinə daxil olmuşdur.
2011-ci ildə Heydər Əliyev adına Naxçıvan Hərbi liseyinə daxil olub. 2014-cü ildə hərbi liseyi yaxşı qiymətlərlə bitirərək, hərbi təhsilini davam etdirmək üçün Heydər Əliyev adına AAHM-nə daxil olub.
2018-ci ildə Ali Hərbi məktəbi Motoatıcı ixtisası üzrə bitirdikdən sonra, Güloğlan Qədimov Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissədə tağım komandiri kimi xidmətə başlamışdır.
Daha sonra hərbi ixtisasını artırmaq məqsədilə 04-10-2019-cu il tarixindən 16-11-2019-cu il tarixinədək Təlim Tədris Mərkəzində Bölük komandiri hazırlıq kursunu bitirmişdir.
Və 2019 –cu ildən “N” saylı hərbi hissədə bölük komandiri vəzifəsinə təyin olunmuşdur . İkinci Qarabağ savaşı “Vətən Müharibəsi” başlayan gündən aktiv döyüşlərdə iştirak edən Güloğlan Qədimov 30 sentyabrda qəhrəmancasına Şəhid olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Vətən Uğrunda” medalı ilə təltif olunmuşdur.
ALLAH RƏHMƏT ELƏSİN.
ƏLMANİZ Ələkbərli
Azərbaycan Yazıçılar Və
Jurnalistlər Birliyinin Üzvü.