Diaspor.info-nun AZƏRTAC-a istinadən verdiyi məlumata görə, Cəlilabadda narkotik vasitənin təsiri altında avtomobili idarə edən şəxs saxlanılıb.
Cəlilabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan “VAZ-2107” markalı avtomobilin sürücüsü qayda pozuntusuna yol verdiyi üçün saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, nəqliyyat vasitəsini idarə edən Cəlilabad rayon sakini Elman Əliyevin narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, polis şöbəsinə gətirilib və müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib.
Müayinənin nəticəsinə əsasən, E.Əliyevin narkotik vasitədən istifadə etdiyi məlum olub.
E.Əliyev barəsində toplanmış materiallar Cəlilabad Rayon Məhkəməsinə göndərilib.