Diaspor.info-nun AZƏRTAC-a istinadən verdiyi məlumata görə, ÜST 90 ölkənin əhalisinin 40 faizinin COVID-19 əleyhinə peyvənd olunmadığını bəyan edib.
Bu günə doxsan ölkə əhalinin 40 faizinin COVID-19 əleyhinə peyvənd edilməsi ilə bağlı məqsədə nail olmayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus brifinqdə bildirib.
“Keçən il təchizatda qarşılaşdığımız bəzi maneələri aradan qaldırmağa nail oluruq, lakin bu ilin ortalarına qədər hər bir ölkənin əhalisinin 70 faizinin peyvənd olunması məqsədinə nail olmaq üçün hələ böyük yol keçməliyik, - deyə o qeyd edib. – 40 faizlik məqsədə hazırda 90 ölkə nail olmayıb, 36 ölkədə isə əhalinin 10 faizdən azı peyvənd olunub”.
Tedros Adhanom Qebreyesus vurğulayıb ki, ÜST tərəfdaşları ilə birgə bu ölkələrdə, o cümlədən təchizat, daxil olan vaksinlərin saxlanma müddətinin az olması, saxlanma üzrə məhdud imkanlar və vaksinlərə etibarla əlaqəli olan problemlərin həll olunması üçün zəruri səylər göstərir.
Azərbaycanda vaksinin hər iki komponentini 18 yaşdan yuxarı əhalinin 64 faizi alıb. Ölkədə istifadə olunmuş vaksinlərin ümumi sayı 11 milyon 562 min 620-dir.