"Dünya koronavirusdan sonra baş verə biləcək yeni pandemiyaya hazır deyil".
Diaspor info-xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.
Qebreyesus Münhen Təhlükəsizlik Konfransında bununla bağlı narahatlığını bildirib.
Forumda çıxış edən ÜST rəhbəri deyib: “Hər şey seçimimizdən və nə qədər hazır olmağımızdan asılıdır. Mən hələ də dünyanın hazır olduğunu görmürəm və bu məni narahat edir".
253