ƏBƏDİ YAŞAYAN MƏHƏBBƏT HEKAYƏSİ.
VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANI İSMAYIL SƏMƏDOV VƏ HƏYAT YOLDAŞI BƏSTİ XANIMIN ÜRƏK PARÇALAYAN MƏHƏBBƏT HEKAYƏSİ.
Ruhları əbədi yaşayan cütlüyün tanışlığı da, çox maraqlı olub.
Ana mənim evlənmək fikirim yoxdur, siz balaca qardaşımı evləndirin:” düzünü desəm işim çox çətindir, hərbiçiyəm, evdə az oluram, kiminsə qızını belə çətin vəziyyətdə yaşatmağa haqqım yoxdur, həm də, xoşuma gələn bir qız da, yoxdur.”
Atalar belə yerdə yaxşı deyib, yazıya pozu yoxdur. İsmayıl toyda qardaşı ilə şirin-şirin söhbət edən bir qız görür və dərhal ona diqqət yetirməyə başlayır. Evə gedəndə yolda deyir ki, qaqa səninlə danışan o qız kim idi?
Qardaşı gülərək:”nə oldu,bəs sən evlənmək istəmirdin?”
İsmayıl zarafata salaraq, qaqasından qızın telefon nömrəsini alır və ona yazmağa başlayır. Bəsti tanımadığı nömrədən gələn sms-I görüb, sual edir, siz kimsiniz?
İsmayıl:Sizin gözəlliyinizin heyranı, bütün günü haqqınızda düşünən biryəm.
Bəsti dərhal nömrəni bloka atır. Sübh tezdən telefonu işə salarkən görür ki, bu dəfə votsapla yaza bilmədiyini görən bu yad adam, indi də, nömrəsinə sms yazır. Və beləliklə də, yazılan sms-dən cana doyan Bəsti, İsmayıla ona zəng etməsini istədiyini deyir. İsmayıl Bəstiyə zəng edərək, fikrinin ciddi olduğunu bildirir. Bəsti biraz düşündükdən sonra İsmayıla şans verir. Və bununla da, sevgi romanı başlanır. Film kimi biri sevgi, heç kimin inana bilmədiyi həqiqi sevgi romanı real həyatda canlanır. Alışıb-yanan iki ürəyin qovuşmasına bir neçə gün qalmış, müharibə başlayır. Aprel döyüşləri adlanan qıssamüddətli müharibədən sağ çıxan İsmayıl Bəstinin ən böyük qəhrəmanına çevrilir.
Vətən müharibəsində qəhrəmanlıq göstərən, “Vətən Müharibəsi “ qəhrəmanı İsmayıl Səmədovun həqiqi sevgi ilə sevdiyi həyat yoldaşı Bəsti xanımın yazdığı həyat hekayəsini oxucularımıza da, təqdim edirik:
Oğlunun gəlişinə çox vevinirdi. Bir ailə üçün ən gözəli qarşılıqlı sevgnini və övladın olması idi. Biz bunu əldə etmişdik. Buna görə də, həmişə taleyimizə şükr edirdik. 11 yanvar atamız bacımız əllərində güllər ilə məni və oğlumuzu sevinclə qarşıladılar. Evə gəldik və həmişəki kimi surprizlər. Necədə həyəcanla hər detalına özən göstərmişdi...
Həyat davam edirdi. İki uşaqla mənə nə qədər çətin olsa da, bu gözəl çətinlik idi, yəni halımdan çox razıydım. Bu ili təlimlərdə çox olurdu. Nədənsə bir gün ona dedim: İsmayıl niyə məni bu il daha evdə çox tək qoyursan?
İsmayıl dedi ki, “Evdə kişi qoyuram, artıq arxayın oluram da, ona görə”.
Və bu sözdən sonra, sanki başa düşürmüş kimi balaca kəşfiyyatçımız Mehdi güldü.
Sentyabrın 26 idi, alışdığım təlimlərin sayı daha çoxalmışdı. Ümumiyyətlə isə son vaxtlar çox təlimlər olurdu.
Və bir gün yenə də, uzun bir səfərərəfəsindəydik.
İsmayıl yenə də, həmişəki kimi hazırlaşaraq, bizimlə sağollaşdı və getdi. Bu dəfə, sanki hər şey tam başqa idi. Nədənsə ürəyimə bir xal düşdü ki, bu gediş, o gediş deyildi. Ancaq mən onun yenidən mənə dönəcəyindən çox əmin idim…
Səhər saat 5 idi uşaqlar yatırdı, ataları evə gəlmişdi. Və 1- 2 saat evdə qaldı. Saat 10- da yenə sağollaşdı. Həmin vaxt uşaqlar durmuşdu. Dedi ki,"nə yaxşı oldu uşaqları da, gördüm". Mehdini tutub ayaq ustə durmuşdu. Nurgül də oynuyurdu. Mən də, həmişəki kimi papağı və telefonunu əlimdə tutub, çəkməsini geyinməsini seyr edirdim. Yenə də, sağollaşdıq. Oğlanı qucağına qaldırdı və dedi: “Anan ilə bacın sənə əmanət! “
Elə demə qorxuram dedim. Dedi ki, hər şey yaxşı olacaq, qorxma!
Evdən bloka çıxmışdı ki, birdən geri qayıdıb: Evdə qola yapışdırmaq üçün bayraq var, onu ver, -dedi.
Mən də, dərhal tapıb gətirib ona verdim.
“İsmayıl Ayətil-kürsünü oxu və məni xəbərsiz qoyma, xahiş edirəm bir dəqiqəlik də, olsa heç olmasa səs olsun, vəyaxud bir kəlmə də, olsa mesaj yaz,-dedim.”
Oldu baş üstə dedi və getdi. Həmişəki kimi uşaqları pəncərəyə qaldırdım,ona əl etdik və getdi.
27 sentyabrın səhərini heç gözləmədiyim acı bir zəng ilə oyandım.Tanış biri idi, mənə zəng edib, yuxulu olduğumu hiss edərək, dedi:-Yatmısan? niyə yatırsan ki, dəlisən?!
Xəbərin yoxdur?, aləm qarışıb, biri-birinə, müharibədi..
Yarı oyaq, yarı yuxulu idim, düşünürdüm ki, nə müharibə?, Allahım, eşitdiklərim yuxudumu?.
Dərhal qalxdım, ancaq nə etdiyimi bilmirdim. O an anamgilə qohum gəldi və uca səslə, dedi: Kəndə şəhid gəlir. Anam soruşdu ki, Şəhid kimdir?!
Dedi ki, mən də, bilmirəm kimdi.
Mənim beynim və ürəyim həmin anda bütün dünyanı gəzib-gəldi:”Ay Allah görəsən İsmayıl olmaz ki?, əlbəttə yox! Bu mümkün deyil, o ölə bilməz, ölməməlidir!
Ancaq dünyam yıxılmışdı, özümdə deyildim. O arada məni aparmaq üçün arxamca maşın da, gəldi. İsmayıl yaralanıb dedilər. Bunu eşidən kimi sevdiyimin ölmədiyinə əmin olub, özümdə güc tapdım və sevinirdim: - deməli yaralanıb, gələn şəhid isə o deyil, odur ki, içimdə bir rahatlıq var idi.
Demə məni aldadırlar.Və mən belə bir ümid içindəydim. Sən demə artıq o gəlin gəldiyim həmin həyət, o ev, həmin o şad olduğum günlər getdi. Və orada olanları sözlə ifadə edə bilmirəm, çünki həmin zamanı yadıma belə sala bilmirəm!
Sadəcə gözlədim, gətirilən İsmayıl deyil, ümidi ilə gözlədim. Və üçrəngli bayrağı kəfən etdikləri yarımı gətirdilər:"dedim ki, yox, mən güclüyəm və baxacağam, mən əminəm, oradakı İsmayıl deyil."
Baxdım,həm də, çox diqqətlə baxdım. O idi, mənim vəfasız yarım!
Üzündə azca saqqalı varıydı. Eləcə tər təmiz, məsum körpə kimi yatırdı. Məhz həmin andan, mənim 2014-cü ildən başlanan xoşbəxtliyimin zülməti doğuldu. Mən də, ürəyimi onunla birgə tabuta qoydum. Ürəyimi verdim ki, apar özünlə. O gediş əbədiyyən son gediş oldu.O anda İsmayıl və dediyi sözlər canlanırdı gözümdə."Sən güclüsən Bəsti. Ağlama!-Yıxılma!"
Bilmirəm nəyə görədir, amma inanıram ki, o cismən getsə də, əbədiyyən mənimlədir. Mənim canımdan çox sevdiyim can yoldaşım, qızımızın gözlərindədir, oğlumuzun isə yerişindədir. Bəli, o, həmişə bizimlədir.
Sevgilim həmişə deyərdi "Mutlu Son Olmasın , Mutlu Sonsuz Olsun."
Dünya fanidir, əsl sevənlər qovuşmaz deyərdilər. Mən də, hər kəsə inadən özümüzü göstərib, qovuşur deyərdim. Sən demə həqiqətən də, əsl sevgi sona qədər getmirmiş, bunu da, onu itirəndən sonra öyrəndim.
Həyat yoldaşı. Can yoldaşı. Dərd yoldaşı və Sevgi.
Bir sözlə Hər Şey- Gözəl Gözlümdür. Həmişə belə olub. Həmişə də, belə olacaq. Səni Sevirəm!
Qələmə aldı
ƏLMANİZ ƏLƏKBƏRLİ
Baş Redaktor.