Boks Mərkəzində keçirilən və 7 gün davam edən yeniyetmə boksçuların Azərbaycan birinciliyi başa çatıb.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Diaspor info-ya bildirilib ki, ölkənin müxtəlif şəhər və rayonlarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 63 komandadan 327 boksçunun gücünü sınadığı yarışda muxtar respublikanı Naxçıvan Boks Federasiyasının 6 idmançısı təmsil edib. Onlardan 2-si ümidləri doğruldaraq mükafatçılar sırasına düşməyi bacarıb. 52 kq çəki dərəcəsində Elbrus Kərimli və 80 kq çəki dərəcəsində Kənan Allahverdiyev yarışı üçüncü sırada başa vurmaqla bürünc medal qazanıblar.
İlk üçlükdə qərarlaşan idmançılara diplom və medallar təqdim olunub.
212