1 saylı idman liseyində 2012-ci il təvəllüdlü və daha kiçik yaşlı oğlan və qızlar arasında badminton üzrə respublika birinciliyinə yekun vurulub. Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətindən Diaspor info-ya verilən məlumata görə 5 kateqoriya üzrə qaliblərin müəyyənləşdiyi yarışda 31 oğlan və 26 qız iştirak edib.
Oğlanların şəxsi yarışında Məhəmməd Hacızadə, qızlarda isə Banu İbrahimli birinci olublar. Oğlanların qoşa yarışlarında M.Hacızadə, Eldəniz Novruzov, qızların mübarizəsində isə B.İbrahimli, Həbibə Quliyeva, qarışıq qoşa yarışlarda isə M.Hacızadə və B.İbrahimli fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Azərbaycan Badminton Federasiyası ilə Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən turnirin mükafatçıları diplom və medallarla təltif olunublar.
Müəllif: Banuçiçək Hüseynli