ŞƏHİD ELÇİN CUMAYEV--RUHUN ŞADDIR. ERMƏNİ VƏHŞİLƏRİ QARABAĞDA DİZ ÇÖKDÜRÜLDÜ.
Birinci Qarabağ Müharibəsi başlayan kimi Elçin Cumayev də, digər Zaqatalalılar kimi Vətəni Azərbaycanın müdafiəsinə qalxdı.
Yenicə müstəqilliyini əldə etmiş dövlətimiz hələ ayaqları bərkiməmiş, zorla müharibəyə sürükləndi.
Azərbaycan kişisi əliyalında olsa ermənilərin qarşısınds sınmadılar, öz şirin canlarını vətənə fəda etdilər.
Zaqatala şəhidləri arasınds Suvagil kəndindən də, xeyli qəhrəman oğullarımız var.
Şəhidimizi oxucularımıza təqdim etmək üçün onun haqqında bildiklərimizi xüsusi qeyd edirik:
Cumayev Elçin Əhməd oğlu 12 oktyabr 1974-cü ildə Zaqatala rayonu Suvagil kəndində anadan olmuşdur. 1991—ci ildə Suvagil kənd orta məktəbini bitirib. Bir ildən sonra ordu sıralarına gedib.
Onun xidmət etdiyi hərbi hissə Ağdam bölgəsinə göndərilib.Qalayçılar kəndi və Xaçınçay ərazisi uğrunda gedən döyüşlərdə fəal iştirak edib.
1993—cü ilin iyun ayının 16 –da Əliağalar kəndi yaxınlığında itkin düşüb.
Elə o vaxtdan dərdli ata Əhməd Sirac oğlunun və nigaran ana Rabiət Əhməd qızının gözü yolda qalıb.
Əslində həmin dövrdə nizamlı ordu, vahid komandanlıq olmadığına görə digər versiyalar da, var. Belə ki, Cumayev Elçin Əhməd oğlu 1992-ci il oktyabrın 29-da əsgər gedib, əvvəlcə Sumqayıtda olub. 1993-cü il iyunun 16-da Qaya-5 deyilən postdan itgin düşüb.
Bacısı Süleymanova Kəlmətlə qardaşı Elçin haqqında xeyli söhbətləşdik: 2 qardaş 5 bacı olmuşuq. Elçin sonbeşiyimiz olub. Müharibəylə bağlı eşitdiyimiz bunlardır:

Qeyri-bərabər gedən döyüşlər zamanı Postu tərk etmədiyinə görə itgin düşüb. Şəhidlik statusu verilsədə doğmaları onun nəşini görmədiklərinə görə yolunu gözləyir.
Şəhidin doğmaları İkinci Qarabağ savaşı Vətən müharibəsi zamanı Elçinin qisasını alıblar.
Bacısı oğlanları II Qarabağ savaşında iştirak ediblər. Qurban və Fərman hər ikisi döyüşlərdə dayılarının qisasını alıblar.
Əlmaniz Ələkbərli.
Baş Redaktor.
1 064