Birinci Qarabağ savaşı başlayan vaxtı Azərbaycan yenicə müstəqilliyini əldə etdiyinə görə nizamlı ordusu yox idi.
Bundan ermənilər çox məharətlə istifadə etdilər və öz havadarlarının dəstəyi ilə 20% torpaqlarımız işğal olundu.
Xalqımızın başına böyük faciələr gəldi. Xocalı soyqırımı kimi dəhşətli faciə yaşadıq.
Nəhayət ki, İkinci Qarabağ savaşı "Vətən Müharibəsi" başlandı. Və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan əsgəri döyüş meydanında erməniləri diz çökdürdü.
Birinci Qarabağ şəhidi Əhməd Seyidəliyevin də, qisası 44 günlük müharibədə alındı.
Şəhidimizi oxucularımıza yaxından tanış etmək məqsədilə onun haqqında məlumat vermək istəyirik:
Seyidəliyev Əhməd Zakir oğlu 18 iyun 1969-cu ildə Zaqatala rayonu Suvagil kəndində anadan olmuşdur. Suvagil kənd orta məktəbini bitirdikdən sonra iki il də, Sovet Ordusu sıralarında xidmət edib. Hərbi xidməti başa vurub geri qayıdandan sonra bir müddət kolxozda işləyib.
1993—cü il mart ayının 17—də könüllü olaraq Vətənin müdafiəsinə, Qarabağa gedib. Elə həmin vaxtdan bu günə kimi haqqında heç bir məlumat yoxdur.
Təkcə atası Zakir Rəhim oğlu və anası Zeynəb Baba qızı deyil, bütün Suvagil camaatı qəhrəmanın yolunu gözləyir.
Seyidəliyev Əhməd Zakir oğlu haqqında onun bacısı Aynaz Məmmədova ilə həmsöhbət olduq:
Qardaşım
1989-cu il iyunun 18-dən Sovet əsgəri oldu. Moskvadan 1992-ci ildə gəldi və könüllü olaraq Qarabağa döyüşə getdi. Ailədə 4 bacı 4 qardaş olmuşuq. Qardaşlarımdan 3-cü Əhməd idi. Çox mehriban uşaq idi. Əhmədin futbola çox böyük marağı olub.
Kasıb sakit bir ailədə böyümüşük. Qardaşlarının hamısı xəstə olduqlarına görə bütün yük Əhmədin üzərinə düşürdü. Bir qardaşımız sağ qalıb. Bacılarından biri də əlildir.
Bəli Şəhidimizin şəhadətə yüksəlməsindən sonra doğmaları da, köməksiz qaldı.
Allah Şəhidlərimizə Rəhmət Eləsin.
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və Yazıçılar Birliyinin Üzvü.
518