• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Məzahir Süleymanzadə ilə vida mərasimi keçirilib

11-05-2022, 17:30 | Baxılıb: 27
“Məzahir Süleymanzadə ilə vida mərasimi keçirilib

Bu gün tanınmış jurnalist, yazıçı-publisist, Azərbaycan Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin rəhbəri Məzahir Süleymanzadə ilə vida mərasimi keçirilib. Ölkənin jurnalist və idman ictimaiyyətinin nümayəndələrinin qatıldıqları mərasim Masazır qəsəbəsində mərhumun yaşadığı evin qarşısında olub.
Toplantıda çıxış edən “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu M.Süleymanzadəni peşəkar jurnalist, eyni zamanda ziyalı kimi xarakterizə edən cəhətlərdən söz açıb, onunla birgə çalışdığı illərə ekskurs edərək bildirib ki, mərhum qələm sahibi həmişə sözün təəssübünü çəkib, eyni zamanda sözün milli maraqlar naminə işlədilməsində fədakarlıq, qorxmazlıq göstərib.
T.Aydınoğlunun fikrini davam etdirən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov vurğulayıb ki, M.Süleymanzadə tarixin ən çətin dövründə meydanda qalmağı bacarmış mətbuat təmsilçilərindəndir. M.Süleymanzadənin əzmkarlığı ilə ərsəyə gəlmiş “Səhər” qəzeti 20 yanvar faciəsi ilə bağlı reallıqların Azərbaycan cəmiyyətinə çatdırılmasında müstəsna rol oynaylb. Nəşrin faciəni əks etdirən sayı iki milyon tirajla işıq üzü görüb ki, bu, Azərbaycanın mətbuat tarixində təkrarsız göstəricidir.
Ə.Amaşov eyni zamanda bildirib ki, işgüzarlığını və əməksevərliyini jurnalistikamızın maraq və mənafeləri baxımından səfərbər etməkdən zövq almış, buna haqq işi kimi yanaşmış M.Süleymanzadə Azərbaycan Mətbuat Şurasının tərkibində Ahıl Jurnalistlər Məclisinin formalaşdırılmasının fəal təşəbbüskarlarından olub. Bu məclis işini ömrünü-gününü peşəsinə həsr etmiş veteran jurnalistlərin yada salınması, onların örnək həyat yolunun gənc nəslə çatdırılması missiyasını yerinə yetirməklə nəcib və xeyirxah təşəbbüslərə imza atıb. MŞ sədri çıxışında həmçinin qeyd edib ki, M.Süleymanzadənin mənalı həyat yolu jurnalistikaya çoxşaxəli fəaliyyət sahəsi baxımından yanaşmanın örnək sayıla biləcək nümunəsidir.
İdman Jurnalistləri Assosiasiyasının prezidenti Eldar İsmayılov M.Süleymanzadəni əsl dost, həmkar kimi xarakterizə edən keyfiyyətlərə diqqət çəkib. Onun yoxluğunun bütövlükdə Azərbaycan jurnalistikası üçün ağır itki olduğunu vurğulayıb.
Toplantıda çıxış edənlər M.Süleymanzadə şəxsiyyətini bütövlük, mərdlik nümunəsi, jurnalistikaya sədaqət, qəlbən bağlılıq nümunəsi kimi dəyərləndirib, xatirələrini bölüşüblər.
Qeyd edək ki, Məzahir Süleymanzadə bu gün 69 yaşında vəfat edib. O, Mərdəkanda ailə qəbistanlığında torpağa tapşırılıb.скачать dle 10.6фильмы бесплатно


27

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Bu gündən DİM-də imtahan protokolları və materiallarının emalına başlanılır
ANAMA: Ötən həftə 413 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib
Tarixi Sərəncam Şuşa Real Məktəbini Cənubi Qafqazın məşhur təhsil ocağına çevirəcək
Postmüharibə dövründə şəhid ailələri üzvlərindən və müharibə iştirakçılarından ibarət 93 min şəxsə sosial ödənişlər təyin olunub
Prezident İlham Əliyev Roma Papasını Vatikanla diplomatik münasibətlərin 30 illiyi ilə bağlı təbrik edib
"Türk yıldızları" Bakı səmasında uçuş məşqləri keçirir

Bu gündən DİM-də imtahan protokolları və materiallarının emalına başlanılır

ANAMA: Ötən həftə 413 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

Tarixi Sərəncam Şuşa Real Məktəbini Cənubi Qafqazın məşhur təhsil ocağına çevirəcək

Postmüharibə dövründə şəhid ailələri üzvlərindən və müharibə iştirakçılarından ibarət 93 min şəxsə sosial ödənişlər təyin olunub

Prezident İlham Əliyev Roma Papasını Vatikanla diplomatik münasibətlərin 30 illiyi ilə bağlı təbrik edib

"Türk yıldızları" Bakı səmasında uçuş məşqləri keçirir

Müqəddəs Taxt-Tac ilə qarşılıqlı hörmət ilə səciyyələnən münasibətlərimiz böyük inkişaf yolu keçib - Prezident İlham Əliyev

Üçtərəfli görüşün yekununa dair bəyanat

İsmayıllı və Qəbələ rayonlarında “İnformasiya əldə etmək hüququnun təmini insan hüquqları kontekstində” adlı maarifləndirmə tədbirləri keçirilib.

Azərbaycan önəmli rol oynayır

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.