• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Sevgi yoxsa bağlılıq?

12-05-2022, 09:53 | Baxılıb: 238
“Sevgi yoxsa bağlılıq?

Hər bir insanın həyatında xoş hisslər bəslədiyi insan olur. Çoxları bu münasibəti "sevgi" adlandırır. Bu münasibətlər müəyyən müddət, bəzən bir neçə gün, bəzən isə aylarla, hətta illərlə davam edir. Bir gün belə olsa münasibətdə olduğu insana “sevgilim” deyənlər var. Bu sevgidir, bağlanmaqdır, yoxsa..?
İnsan tez unutqan varlıqdır. Onun həsrətə, vüsala çox da dözümü yoxdur. Biri getsə o birini tapar. Yaşım az da olsa belə hallarla çox qarşılaşmışam. Demək olar ki, günümüzdə tanımadığı, sadəcə bir-neçə dəfə gördüyü insanla münasibətdə olan və bunu sevgi adlandıranlar da var. Hətta dəniz qırağında, sosial şəbəkələrdə, ilk dəfə olsa belə gördüyü insanla sevgili olanlar da bunun bariz nümunəsidir. Tam əminəm ki, bu kimi hallarla siz də az qarşılaşmırsınız. Yəni sevgi bu qədər bəsit, sadə, boş şey imiş ki, bu kimi hallarda sevgi sözü işlədilir. O zaman ortaya belə bir sual çıxır: əsil sevgi nədir ?Sevgi insanın sahib ola biləcəyi ən böyük, ən gözəl nemətdir. Çünki xoşbəxliyin sirri sevgidə gizlənib. Həyatdan almaq istədiyimiz çox şey olsa da hər birimiz bilirik ki, bizim xoşbəxtliyimizin açarı sevgidir. Bizi xoşbəxt edəcək tək şey budur. Bunun üçün hər birimiz axtarışdayıq. Hər birimiz axtarırıq və tapırıq. Lakin bəzilərimizin tapdığı əsl sevgi olur, bəzilərimizinki isə “sevgi”. Sevgi bu qədər təhlükəli bir hissmi? Məncə xeyr. Təhlükəli olan şey, insanların istifadə etməsi lazım olan hisslər yerinə sevgini qoymaq istəmələridir. Onsuz da qarşılaşdığımız belə münasibətlər əksər hallarda mənfəət, eşq üzərində qurulan münasibətlərdir. Bu kimi sadaladığımız şeylər sevgi adı ilə ört-basdır edilir. İnsan ürəyi heç vaxt boş olmur. Onun hər hansı hiss bəslədiyi biri getsə o biri gəlir. Bu yazılmamış qanunlardan biridir. Hətta insan ən çox sevdiyi, onsuz özünü təsəvvür eləyə bilmədiyi birini belə itirəndə sadəcə zaman öz sözün deyir. Bir müddət sonra hər şey öz yoluna düşür.
Mənim fikrimcə insanlar arasında işlədilən “sevmək” sözü əslində bağlanmaq mənasındadır. Çünki, “sevgi” elə bir hissdir ki, sevdiyin bir şey həmişə səninlə olur, sən də onunla. Onu heç nə əvəz edə bilməz . Necə ki Nizaminin və Füzulinin qələmə aldığı “Leyli və Məcnun” poemasında bunun şahidi oluruq. Düzdü bu mövzu dastandan götürülüb, yəni haradasa real həyatdan uzaqdır. Əfsanəvi bir şeydir. Ancaq burda əsl sevgini görə bilərik. Çünki burda sevgi sözdə deyil. Mənəvi cəhətdən ilahiləşib. Artıq onların yeməyə, içməyə, əylənməyə marağı yoxdur. Beyinlərində yer alan tək şey sevgidir.

Nə qədər əfsanəvi olsa da əslində hər kəsin min illərdir aradığı sevgi budur. Hər bir insanın yanında ona mənəvi cəhətdən dəstək olan biri lazımdır. Bu ata, ana, qardaş, dost, qohum-əqrəba və s. ola bilər. Hətta bunlar olmasa belə Allah insanın daim yanındadır. Və hər şeydən çox Allah hər kəsə lazımdır. Çünki, bu dünyada nə varsa səni qoyub gedəcək, ya da sən tək gedəcəksən. Ona görə heç vaxt Allahı unutma ki, Allahda səni unutmasın. Əgər bir insan ailəsi, qohumları, dostları yanında ikən özünü lazımsız, tək hiss edirsə o Allahdan uzaqlaşıb demək. Əsasən gənc oğlanlardan və qızlardan, “mən təkəm, tənhayam” kimi sözlər eşidirik. Deməli bir boşluq var içlərində. Hətta sevgililəri belə olsa yanında nə isə axtararlar, amma yenə də boşluq dolmaz. Çünki heç də sevgi hissləri olmayan münasibət insanı rahat etməz. Etsə də çox az müddətə. Çünki o sevgi deyil, bağlılıqdır, mənfəətdir, eşqdir.

İnci İsmayılzadə
Naxçıvan Dövlət Universiteti, Jurnalistika ixtisası üzrə II kurs tələbəsiскачать dle 10.6фильмы бесплатно


238

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Bu gündən DİM-də imtahan protokolları və materiallarının emalına başlanılır
ANAMA: Ötən həftə 413 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib
Tarixi Sərəncam Şuşa Real Məktəbini Cənubi Qafqazın məşhur təhsil ocağına çevirəcək
Postmüharibə dövründə şəhid ailələri üzvlərindən və müharibə iştirakçılarından ibarət 93 min şəxsə sosial ödənişlər təyin olunub
Prezident İlham Əliyev Roma Papasını Vatikanla diplomatik münasibətlərin 30 illiyi ilə bağlı təbrik edib
"Türk yıldızları" Bakı səmasında uçuş məşqləri keçirir

Bu gündən DİM-də imtahan protokolları və materiallarının emalına başlanılır

ANAMA: Ötən həftə 413 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

Tarixi Sərəncam Şuşa Real Məktəbini Cənubi Qafqazın məşhur təhsil ocağına çevirəcək

Postmüharibə dövründə şəhid ailələri üzvlərindən və müharibə iştirakçılarından ibarət 93 min şəxsə sosial ödənişlər təyin olunub

Prezident İlham Əliyev Roma Papasını Vatikanla diplomatik münasibətlərin 30 illiyi ilə bağlı təbrik edib

"Türk yıldızları" Bakı səmasında uçuş məşqləri keçirir

Müqəddəs Taxt-Tac ilə qarşılıqlı hörmət ilə səciyyələnən münasibətlərimiz böyük inkişaf yolu keçib - Prezident İlham Əliyev

Üçtərəfli görüşün yekununa dair bəyanat

İsmayıllı və Qəbələ rayonlarında “İnformasiya əldə etmək hüququnun təmini insan hüquqları kontekstində” adlı maarifləndirmə tədbirləri keçirilib.

Azərbaycan önəmli rol oynayır

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.