Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin idarəetmə forması dəyişib. Diaspor info-nun əldə etdiyi məlumata görə, qurumda Baş direktor və onun müavini vəzifələri ləğv edilib.
Əvəzində İdarə Heyətinin (İH) sədri və üzvü vəzifələri yaradılıb.
Beləliklə, Əfqan Quliyev “Azərpoçt”un İH-nin sədri, Sübhan Kazımov, Nazim Süleymanov, Xəyyam Əli-zadə və İsi Mustafayev isə İH-nin üzvləri təyin ediliblər.
Dövlət şirkətindən “Report”un sorğusuna cavab olaraq faktı təsdiq ediblər. Bildirilib ki, yeni idarəetmə forması korporativ idarəetmə sisteminə keçidlə bağlıdır və proses davam edəcək.
196