Onkoloji xəstələr, eləcə də dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslər sosial müavinət və ya əmək pensiyası alacaqlar.
Diaspor info-xəbər verir ki, "Onkoloji yardım haqqında” və “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi Milli Məclisin mayın 13-də keçirilən plenar iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
Qanun layihəsi onkoloji xəstələrin, eləcə də dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin sosial müavinət və (və ya) əmək pensiyası almaq hüququnu müəyyənləşdirir. Layihə “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihələrinə uyğunlaşdırma xarakteri daşıyır və xəstəlikdən əziyyət çəkən şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir.