• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

ŞƏHİD VAQİF İSMAYILOVUN RUHU ŞADDIR, ÇÜNKİ VƏTƏN MÜHARİBƏSİNDƏ ONUN DA, QİSASI ALINDI.

21-05-2022, 15:30 | Baxılıb: 105
“ŞƏHİD VAQİF İSMAYILOVUN RUHU ŞADDIR, ÇÜNKİ  VƏTƏN MÜHARİBƏSİNDƏ ONUN DA, QİSASI  ALINDI.

ŞƏHİD VAQİF İSMAYILOVUN RUHU ŞADDIR, ÇÜNKİ VƏTƏN MÜHARİBƏSİNDƏ ONUN DA, QİSASI ALINDI.

Azərbaycan yenicə müstəqilliyini əldə etmişdir ki, xain qonşuları tərəfindən təcavüzlə rastlaşdı. Həmin vaxtı, yəni “Birinci Qarabağ” müharibəsi başlayan zaman, Azərbaycan nəinki müharibəyə hazır deyildi, hətta Milli ordusu belə tam formalaşmamışdı. Düzdür xain qonşumuz olan ermənilərin də, milli ordusu yox səviyyəsində idi, ancaq Azərbaycandan fərqli olaraq onlara havadarları tərəfindən xeyli silah-sursat hədiyyə olunduğuna görə, müharibənin sonu iyirmi faiz torpaqlarımızın itirilməsi ilə yekunlaşdı. Aydın məsələdir ki, itirilmiş torpaqlarımız, xalqımızın başına gətirilən soyqırımlarla heç bir qeyrətli Azərbaycan oğulu razılaşa bilməzdi. Həmin dövrdə igid, qeyrətli oğullarımız əliyalın olsalar da, yağı düşmənin hücumundan qorxub qaçmadılar, qəhrəmancasına döyüşərək, vətən yolunda şəhid oldular. Belə igid, qəhrəman oğullarımızdan biri də, Zaqatala şəhər sakini İsmayılov Vaqif Mehdi oğludur. Mehdi kişi və Bəyim xanım subay vaxtı Naxçıvanın Ordubad rayonunun Üstüpü kəndindən Zaqataya dayılarının yanına gəliblər. Və bir müddət sonra Zaqatalada yaşamağa qəti qərar veriblər.

ŞƏHİD VAQİF İSMAYILOVUN RUHU ŞADDIR, ÇÜNKİ  VƏTƏN MÜHARİBƏSİNDƏ ONUN DA, QİSASI  ALINDI.

Şəhidimiz İsmayılov Vaqif Mehdi oğlu haqqında daha çox məlumat əldə etmək məqsədilə Zaqatala şəhərində, şəhidin bacısı Zəhra xanımın qonağı olduq. Zəhra xanımla keçən günləri vərəqləyərək, şəhidimiz haqqında xeyli söhbətləşdik. Əvvəlcə şəhidimiz haqqında bioqrafiq məlumatı oxucularımıza çatdırmaq istəyirik: İsmayılov Vaqif Mehdi oğlu 1959-cu il noyabrın 20-də anadan olub. 1966-1976-cı illərdə Şixəli Qurbanov adına 3 saylı orta məktəbdə oxuyub. Ali təhsil almaq məqsədilə xüsusi olaraq, hazırlaşıb. Daha sonra həqiqi hərbi xidmətə çağırılıb və bununla da, Vaqif də, sovet ordusunda xidmət edib. Şəhidimiz həqiqi hərbi xidmətini Belarusiyada edib. Əsgərlikdən gəldikdən sonra, rayonda fəhlə işləyib. Ancaq bununla yanaşı, yenə də, Ali məktəbə, qəbula hazırlaşırdı. Və beləliklə 1981-ci ildə APİ-nin Hərbi müəllimlik ixtisasına qəbul oldu. 1985-ci ildə həmin institutu bitirdi və hərbi müəllimi kimi ilk iş yeri Zaqatala rayonu Göyəm kənd məktəbi oldu. Daha sonra Zaqatala şəhər 1 saylı orta məktəbə dəvət olundu və orada da, hərbi müəllim kimi bir müddət işlədi.
Azərbaycanın başını qara buludlar alan vaxtı Vaqif də, baş verənlərə biganə qalmadı.

ŞƏHİD VAQİF İSMAYILOVUN RUHU ŞADDIR, ÇÜNKİ  VƏTƏN MÜHARİBƏSİNDƏ ONUN DA, QİSASI  ALINDI.

Səfərbərlik elan olunan kimi onu da, zabit kimi orduya çağırdılar. Ancaq evin tək oğlu olduğuna görə komissarlıqdan onu geri qaytardılar. O, buna baxmayaraq, ərizə yazıb könüllü olaraq, orduya getdi.
Vaqif öz hazırladığı şagirdlərlə bir yerdə milli orduda xidmətə yollandı. Əvvəlcə Sumqayıta getdilər, orada zabit kimi təlim keçməyə, gənc əsgərləri hazırlamağa başladı. Biz doğmaları onun cəbhəyə getməsindən xəbərsi idik. Bakıdakı bacısına Tərtərdən zəng vurub deyəndə ki, Ordubad rayonu Üstüpü kəndindəki babalarımın qanını aldım, hansı ki, ermənilər Naxçıvana hücum edəndə babalarımızı öldürmüşdülər. Bizlər onda anladıq ki, qardaşımız cəbhədədir.
Vaqif 1994-cü il mayın 6-da Murovdağında gedən şiddətli döyüşlərdə minaya düşərək şəhid olub. 8-də isə Zaqatala şəhərində dəfn olunub.

ŞƏHİD VAQİF İSMAYILOVUN RUHU ŞADDIR, ÇÜNKİ  VƏTƏN MÜHARİBƏSİNDƏ ONUN DA, QİSASI  ALINDI.

Şəhid olduqdan bir müddət sonra dayım oğlu onun xidmət etdiyi hərbi hissəyə getdi. Və onun komandirlərindən soruşub ki, siz bu ailənin tək oğlunu ön xəttə necə aparmısınız? Həmin vaxtı komandirləri onun yazdığı ərizəni dayımoğluna göstəriblər. Orada yazılıb ki, mən öz arzumla, istəyimlə ön xəttə gedirəm. Bizləri aldatmışdı ki, siz narahat olmayın mən Sumqayıtda əsgər hazırlayıram.

ŞƏHİD VAQİF İSMAYILOVUN RUHU ŞADDIR, ÇÜNKİ  VƏTƏN MÜHARİBƏSİNDƏ ONUN DA, QİSASI  ALINDI.

Uşaqlıqdan taxtadan silahlar düzəldirdi və almanları təsəvvür edərək oyunlar oynayardı. Özünə silah düzəldərkən balaca bacısına da, silah düzəldərdi ki, mənim qardaşım yoxdur, gəl ikimiz oynayaq. Məhəllədə hamı onu sevirdi. Çox qeyrətli uşaq olub. Yaşlı anaların əlində zəmbil görən kimi, onlara kömək edərdi. Hamı anama təşəkkür edərdi ki, çox tərbiyəli uşaq böyüdübsən.
Gözündə qorxu deyilən bir şey yox idi. O şəhid olan gündən anam yatağa düşdü. Deyirdi ki, bir oğlum varıydı o da ölüb, bəs mən nə üçün yaşamalıyam? 3 il yataqda yatdı və rəhmətə getdi.
Vaqif uşaqlıqdan atasız böyüyüb, çox çətinliklər görüb. Atası Mehdi və anası Bəyim xanım uzun müddətdir ki, rəhmətə gediblər.
Bu gün Zaqatala şəhərində Şəhidimiz İsmayılov Vaqifin adına küçə də, var.
İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” zamanı bütün şəhidlərimiz kimi Vaqifin də,
qisası alındı, bu gün onun da, ruhu şaddır. Belə ki, uğrunda öldüyü torpaqlarda artıq Azərbaycan əsgəri dayanır.
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!

ŞƏHİD VAQİF İSMAYILOVUN RUHU ŞADDIR, ÇÜNKİ  VƏTƏN MÜHARİBƏSİNDƏ ONUN DA, QİSASI  ALINDI.
ŞƏHİD VAQİF İSMAYILOVUN RUHU ŞADDIR, ÇÜNKİ  VƏTƏN MÜHARİBƏSİNDƏ ONUN DA, QİSASI  ALINDI.
ŞƏHİD VAQİF İSMAYILOVUN RUHU ŞADDIR, ÇÜNKİ  VƏTƏN MÜHARİBƏSİNDƏ ONUN DA, QİSASI  ALINDI.
ŞƏHİD VAQİF İSMAYILOVUN RUHU ŞADDIR, ÇÜNKİ  VƏTƏN MÜHARİBƏSİNDƏ ONUN DA, QİSASI  ALINDI.
ŞƏHİD VAQİF İSMAYILOVUN RUHU ŞADDIR, ÇÜNKİ  VƏTƏN MÜHARİBƏSİNDƏ ONUN DA, QİSASI  ALINDI.
ŞƏHİD VAQİF İSMAYILOVUN RUHU ŞADDIR, ÇÜNKİ  VƏTƏN MÜHARİBƏSİNDƏ ONUN DA, QİSASI  ALINDI.

Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.скачать dle 10.6фильмы бесплатно

105

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Təbii çiçək xəstəliyinə qarşı peyvənd edilmiş insanların meymunçiçəyinə yoluxma ehtimalı müəyyən qədər azdır
Ukraynada müharibədə həlak olan uşaqların sayı 344-ə çatıb
Cüdoçularımız açıq Avropa turnirinin yarımfinalına vəsiqə qazanıblar
Magistraturaya qəbul üçün 5 mindən çox bakalavr ərizəsini təsdiq edib
Ukrayna ruslar üçün vizasız rejim fəaliyyətini dayandırıb
Ukrayna Britaniyadan 425 milyon avro alıb...

Rusiya Odessaya hücum etdi - ÖLƏNLƏR VAR

Rusun oradan könüllü olaraq çıxdığı ilә bağlı bəyanatı “yalan”dır

"Azərbaycan dövləti Avropaya qaz ixracında Rusiyaya rəqib deyil" - MÜSAHİBƏ

Dövlət Mülki Aviasiya Agentliyinin nümayəndə heyəti simpoziumda iştirak edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.