• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

NDU-da respublika elmi konfransı keçirilib

18-06-2022, 09:30 | Baxılıb: 39
“NDU-da respublika elmi konfransı keçirilib

xəbər verir ki, Naxçıvan Dövlət Universitetində “Azərbaycan sənətşünaslığında Naxçıvan ənənələri” mövzusunda respublika elmi konfransı keçirilib.

Universitetin İncəsənət fakültəsində keçirilən konfransda rektor Elbrus İsayev artıq ənənə halı alan belə konfransların əhəmiyyətindən danışıb. Qeyd edib ki, universitetin incəsənət sahəsində regional və beynəlxalq əlaqələrinin inkişaf etdirilməsi diqqətdə olan məsələlərdəndir. Bugünkü konfrans da gələcək əlaqələrin inkişafı baxımından önəmlidir. Elbrus İsayev qonaqları salamlayaraq konfransın işinə uğurlar arzulayıb.

“Azərbaycan folklorunda Naxçıvan yallıları” mövzusunda Bakı Musiqi Akademiyasının elmi işlər üzrə prorektoru, professor Gülnaz Abdullazadə bildirib ki, rəqs janrının çox qədim tarixə malik qollarından biri olan yallı Naxçıvanda xüsusilə də, Şərur rayonunda illərdir yaşadılaraq nəsildən-nəslə ötürülüb. Vurğulanıb ki, aparılan tədqiqatlar nəticəsində Naxçıvanda 90 adda yallı toplanılaraq nota alınıb. Professor “Azərbaycan yallıları”, “Azərbaycan qaytağı rəqsləri”, “Azərbaycanın unudulmuş marşları”, “Azərbaycan cəngi rəqsləri” və digər rəqslər haqqında bir neçə kitabı universitetə hədiyyə edib.

Sonra universitetin Tələbə Teatr Studiyasının yallı və rəqs qrupunun ifasında “Xələfi”, “Köçəri” və “Tənzərə” yallıları nümayiş etdirilib.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar incəsənət xadimi Ziyadxan Əliyev “Naxçıvanlı naməlum rəssam” adlı çıxışında görkəmli Mirişlilər nəslindən olan rəssam Rəşid Mirişli haqqında məlumat verib. Diqqətə çatdırıb ki, Rəşid Mirişlinin bədii-estetik tutumuna görə bu gün də əhəmiyyətini qoruyub saxlayan kitab nişanları Azərbaycan qrafika sənətinin yaddaqalan uğurlarından sayılır. Rəssamın Naxçıvan təbiətini tərənnüm edən əsərləri də xüsusi maraq doğurur.

Naxçıvan Dövlət Universitetinin sənətşünaslıq üzrə elmlər doktoru, dosent İnara Məhərrəmova “Milli bəstəkarlarımızın yaradıcılığında Naxçıvan mövzusu” adlı çıxışında diqqətə çatdırıb ki, naxçıvanlı şair və dramaturqların əsərləri Azərbaycan bəstəkarlarının yalnız musiqili-səhnə əsərləri deyil, simfonik janrda yazılmış monumental əsərlər üçün də mövzu olub.

Sonda rektor Elbrus İsayev qonaqlara hədiyyələr təqdim edib.

Qeyd edək ki, konfrans “Sənətşünaslıq”, “Bəstəkarlıq sənəti”, “Naxçıvan mədəniyyəti” və “Musiqi ifaçılığı” mövzularında bölmə iclasları ilə davam edib, ümumilikdə 71 mövzu üzrə çıxışlar dinlənilib.

Fəxriyyə Səyyadovaскачать dle 10.6фильмы бесплатно


39

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Təbii çiçək xəstəliyinə qarşı peyvənd edilmiş insanların meymunçiçəyinə yoluxma ehtimalı müəyyən qədər azdır
Ukraynada müharibədə həlak olan uşaqların sayı 344-ə çatıb
Cüdoçularımız açıq Avropa turnirinin yarımfinalına vəsiqə qazanıblar
Magistraturaya qəbul üçün 5 mindən çox bakalavr ərizəsini təsdiq edib
Ukrayna ruslar üçün vizasız rejim fəaliyyətini dayandırıb
Ukrayna Britaniyadan 425 milyon avro alıb...

Təbii çiçək xəstəliyinə qarşı peyvənd edilmiş insanların meymunçiçəyinə yoluxma ehtimalı müəyyən qədər azdır

Ukraynada müharibədə həlak olan uşaqların sayı 344-ə çatıb

Cüdoçularımız açıq Avropa turnirinin yarımfinalına vəsiqə qazanıblar

Magistraturaya qəbul üçün 5 mindən çox bakalavr ərizəsini təsdiq edib

Ukrayna ruslar üçün vizasız rejim fəaliyyətini dayandırıb

Ukrayna Britaniyadan 425 milyon avro alıb...

Rusiya Odessaya hücum etdi - ÖLƏNLƏR VAR

Rusun oradan könüllü olaraq çıxdığı ilә bağlı bəyanatı “yalan”dır

"Azərbaycan dövləti Avropaya qaz ixracında Rusiyaya rəqib deyil" - MÜSAHİBƏ

Dövlət Mülki Aviasiya Agentliyinin nümayəndə heyəti simpoziumda iştirak edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.