• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

I Beynəlxalq Tibbi Forum çərçivəsində NDU ilə Qaradəniz Texnik Universiteti arasında birgə əməkdaşlığa dair protokol imzalanıb

19-06-2022, 09:00 | Baxılıb: 65
“I Beynəlxalq Tibbi Forum çərçivəsində NDU ilə Qaradəniz Texnik Universiteti arasında birgə əməkdaşlığa dair protokol imzalanıb

NDU-nun televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən Diaspor info-ya verilən məlumata görə muxtar respublikada ilk dəfə olaraq keçirilən I Beynəlxalq Tibb Forum çərçivəsində Naxçıvan Dövlət Universiteti yeni bir əməkdaşlığa başlayıb. Ali təhsil ocağının Diplomatiya kabinəsində keçirilən görüşdə NDU-nun rektoru Elbrus İsayev Qaradəniz Texnik Universitetinin rektoru professor Hamdullah Çuvalcı və nümayəndə heyətini salamlayıb.

Elbrus İsayev rəhbərlik etdiyi ali təhsil ocağının artıq 55 ildir fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Rektor universitetdə 12 fakültə və mövcud ixtisaslar barədə məlumat verib. Bildirilib ki, ali təhsil ocağında 8000-ə yaxın tələbənin tədrisi ilə 1000-ə yaxın professor-müəllim heyəti məşğul olur. Vurğulanıb ki, ali təhsil ocağında bakalavr üzrə 70, magistraturada 80-dən çox, doktorantura pilləsində 40 və rezidentura mərhələsi üzrə 32 ixtisasda kadr hazırlığı aparlır. Türkiyə universitetləri ilə əməkdaşlıq məsələlərini vurğulayan rektor ali təhsil ocağının beynəlxalq əməkdaşlığında qardaş ölkə universitetlərinin xüsusi payı olduğunu diqqətə çatdırıb. Vurğulanıb ki, universitetdə qurulan Texnoparkda məhz Türkiyə universitetlərinin təcrübəsindən istifadə olunacaq, bu sahədə təcrübə mübadiləsi həyata keçiriləcək.

Qaradəniz Texnik Universitetinin rektoru Hamdullah Çuvalcı qeyd edib ki, rəhbərlik etdiyi ali təhsil ocağı Türkiyənin ən qədim universitetlərindən biri olmaqla texniki sahədə kadr hazırlığı həyata keçirən universitetlər sırasındadır. Bildirilib ki, 30 minə yaxın tələbə sayı ilə Türkiyənin ən önəmli universitetləri sırasında olan Qaradəniz Texnik Universiteti Türkiyədə İstanbuldan sonra mühəndislik sahəsində təhsilin verildiyi ilk universitetlərdəndir.

Sonra hər iki universitet arasında birgə əməkdaşlığa dair protokol imzalanıb. Xatirə hədiyyələri təqdim edildikdən sonra professor Hamdullah Çuvalcı universitetin xatirə kitabına öz ürək sözlərini yazıb, xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, protokolda müəllim, tələbə mübadiləsi, birgə tədqiqat layihələri, distant təhsil, əyani təhsil və tədrisin təkmilləşdirilməsi üçün təlimlər, elmi nəşrlərin mübadiləsi, seminarlar və elmi tədbirlərdə iştirak, qısa müddətli kurs proqramları, müəllimlərin akademik inkişafı üçün təlimlərin təşkili öz əksini tapıb.скачать dle 10.6фильмы бесплатно


65

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Təbii çiçək xəstəliyinə qarşı peyvənd edilmiş insanların meymunçiçəyinə yoluxma ehtimalı müəyyən qədər azdır
Ukraynada müharibədə həlak olan uşaqların sayı 344-ə çatıb
Cüdoçularımız açıq Avropa turnirinin yarımfinalına vəsiqə qazanıblar
Magistraturaya qəbul üçün 5 mindən çox bakalavr ərizəsini təsdiq edib
Ukrayna ruslar üçün vizasız rejim fəaliyyətini dayandırıb
Ukrayna Britaniyadan 425 milyon avro alıb...

Təbii çiçək xəstəliyinə qarşı peyvənd edilmiş insanların meymunçiçəyinə yoluxma ehtimalı müəyyən qədər azdır

Ukraynada müharibədə həlak olan uşaqların sayı 344-ə çatıb

Cüdoçularımız açıq Avropa turnirinin yarımfinalına vəsiqə qazanıblar

Magistraturaya qəbul üçün 5 mindən çox bakalavr ərizəsini təsdiq edib

Ukrayna ruslar üçün vizasız rejim fəaliyyətini dayandırıb

Ukrayna Britaniyadan 425 milyon avro alıb...

Rusiya Odessaya hücum etdi - ÖLƏNLƏR VAR

Rusun oradan könüllü olaraq çıxdığı ilә bağlı bəyanatı “yalan”dır

"Azərbaycan dövləti Avropaya qaz ixracında Rusiyaya rəqib deyil" - MÜSAHİBƏ

Dövlət Mülki Aviasiya Agentliyinin nümayəndə heyəti simpoziumda iştirak edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.