• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Beynəlxalq Tibbi Forum çərçivəsində NDU ilə İ. M. Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin Bakı filialı arasında birgə əməkdaşlığa dair protokol imzalanıb

20-06-2022, 12:00 | Baxılıb: 67
“Beynəlxalq Tibbi Forum çərçivəsində NDU ilə İ. M. Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin Bakı filialı arasında birgə əməkdaşlığa dair protokol imzalanıb

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən Diaspor info-ya verilən məlumata görə, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev ikitərəfli görüşdə İ. M. Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru, professor Əziz Əliyevi və nümayəndə heyətini salamlayıb, onları universitetdə görməkdən məmnunluğunu bildirib. Qeyd edilib ki, artıq 55 illiyi qeyd edilən universitetə ilk dəfə Ulu Öndər Heydər Əliyevin 12 iyun 2002-ci il tarixli Sərəncamı ilə yüksək özünüidarə statusu, muxtariyyət hüququ verilib. Rektor ali təhsil ocağının malik olduğu imkanlar, fakültələr, tədris olunan ixtisaslar və beynəlxalq əlaqələr haqqında geniş məlumat verib. Xarici universitetlərlə ikili diplom layihəsi, tələbə-müəllim mobilliyinin ali təhsil ocağının beynəlxalq əlaqələr sistemində mühüm rol oynadığı diqqətə çatdırılıb. Universiretin Web of science indeks bazalarına malik jurnallarla əməkdaşlığa başladığı qeyd edilib. Vurğulanıb ki, bu cür əlaqələrin qurulması gələcəkdə professor-müəllim heyətinin öz elmi məqalələrinin nüfuzlu jurnallarda nəşri üçün əhəmiyyətli rol oynayacaq. Elbrus İsayev qeyd edib ki, Tibb fakültəsində təhsil alan tələbələr universitet xəstəxanasında təcrübə keçməklə bərabər muxtar respublika xəstəxanalarından klinik baza kimi istifadə edirlər. Rektor həmçinin bildirib ki, gələcəyin həkimləri Türkiyə universitetləri ilə bağladığımız müqavilələrə əsasən orada təcrübə keçir, qardaş ölkə universitetlərinin təcrübəsindən yararlanırlar.

NDU-da olmaqdan məmnunluğunu bildirən I. M. Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru, professor Əziz Əliyev bu cür mötəbər foruma ev sahibliyi etdiyi üçün ali təhsil ocağının kollektivini təbrik edib, I Beynəlxalq Tibbi Forumun yüksək səviyyədə təşkilindən danışıb. Rektor rəhbəri olduğu universitetin əsasının 15 may 2015-ci ildə qoyulduğunu qeyd edib. Vurğulanıb ki, filialın yaradılması haqqında qərar Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncam əsasında qəbul edilib və ilk tədris ilində filialda dövlət sifarişi əsasında 100 tələbə Müalicə işi ixtisası üzrə təhsil almağa başlayıb. Bildirilib ki, filialda tədris fəaliyyəti İ. M. Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin tədris plan və proqramları əsasında həmin ali məktəbin professor-müəllim heyəti tərəfindən həyata keçirilir. Rektor gələcək həkimlərin praktiki vərdişlərinin yaxşılaşdırılması və mütəxəssislərin təkmilləşdirilməsi məqsədilə filialın bazasında yaradılmış Simulyasiya Mərkəzinin fəaliyyətindən danışıb.

Professor muxtar respublika xəstəxanalarında apardığı müayinə üsullarından danışaraq Naxçıvan səhiyyə sistemi üçün mövcud avadanlıqların yüksək səviyyədə olduğunu diqqətə çatdırıb, həkimlərin də yüksək səy və həvəslə öyrənməyə meylli olduqları vurğulanıb.

Görüşdə birgə əməkdaşlıq məsələləri müzakirə olunub və protokol imzalanıb.

Protokolda birgə layihələrin həyata keçirilməsinə dəstək, məlumatın təqdim edilməsi və mübadiləsi, elmi-təcrübi konfransların, forumların, seminarların təşkili və onlarla birgə iştirak, ictimai təşkilatlarla və ekspert cəmiyyəti ilə qarşılıqlı əlaqə, təcrübəyə və ya təcrübəyə göndərilmə və qəbul, digər əməkdaşlıq növləri üzrə məsələlər öz əksini tapıb.скачать dle 10.6фильмы бесплатно


67

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Təbii çiçək xəstəliyinə qarşı peyvənd edilmiş insanların meymunçiçəyinə yoluxma ehtimalı müəyyən qədər azdır
Ukraynada müharibədə həlak olan uşaqların sayı 344-ə çatıb
Cüdoçularımız açıq Avropa turnirinin yarımfinalına vəsiqə qazanıblar
Magistraturaya qəbul üçün 5 mindən çox bakalavr ərizəsini təsdiq edib
Ukrayna ruslar üçün vizasız rejim fəaliyyətini dayandırıb
Ukrayna Britaniyadan 425 milyon avro alıb...

Təbii çiçək xəstəliyinə qarşı peyvənd edilmiş insanların meymunçiçəyinə yoluxma ehtimalı müəyyən qədər azdır

Ukraynada müharibədə həlak olan uşaqların sayı 344-ə çatıb

Cüdoçularımız açıq Avropa turnirinin yarımfinalına vəsiqə qazanıblar

Magistraturaya qəbul üçün 5 mindən çox bakalavr ərizəsini təsdiq edib

Ukrayna ruslar üçün vizasız rejim fəaliyyətini dayandırıb

Ukrayna Britaniyadan 425 milyon avro alıb...

Rusiya Odessaya hücum etdi - ÖLƏNLƏR VAR

Rusun oradan könüllü olaraq çıxdığı ilә bağlı bəyanatı “yalan”dır

"Azərbaycan dövləti Avropaya qaz ixracında Rusiyaya rəqib deyil" - MÜSAHİBƏ

Dövlət Mülki Aviasiya Agentliyinin nümayəndə heyəti simpoziumda iştirak edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.