Göyçay rayonunda 3 nəfər dağlıq ərazidə itkin düşüb.
Diaspor.info APA-ya istinadən xəbər verir ki, dünən axşam saatlarında Göyçay sakinləri, şəhərin Şimal istiqamətindəki dağlıq ərazidə itmiş qoyunlarını axtararkən dərəyə düşüblər.
Köməksiz vəziyyətdə qalan şəxslər FHN-in “112” qaynar xətt mərkəzinə məlumat veriblər.
Hadisə yerinə cəlb edilən xilasedicilər hazırda itkin düşən şəxslərin tapılaraq çıxarılması üçün əməliyyat tədbirləri həyata keçirir.
Əlavə məlumat veriləcək.
***
Göyçayda dağlıq ərazidə itkin düşən qadın və kişinin yeri müəyyən edilib.
APA-nın verdiyi xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin işçiləri köməksiz vəziyyətdə qalan 1992-ci il təvəllüdlü Kamran Eminov və 1984-cü il təvəllüdlü Nərgiz İbrahimovanı çıxarmağa çalışırlar.
Həmçinin dərəyə düşən təxminən 15 baş qoyunun çıxarılması üçün işlər görülür.
Kamran Eminovun xəsarət aldığı bildirilir.