Sentyabrın 15-də ABŞ-ın paytaxtı Vaşinqtonda Qarabağın işğaldan azad edilməsinin ikinci ildönümü münasibətilə Azərbaycan əsilli amerikalı rəssam Əbülfəz Bahadurinin fərdi sərgisi nümayiş olunacaq.
Diasporla İş üzrə Dövlət Komitəsindən Diaspor info-ya bildiriblər ki, ADA Universitetinin Vaşinqtondakı ofisində baş tutacaq sərgidə abstrakt və kolorist rəssam kimi tanınan sənətkarın Cıdır düzünü, Şuşa qalasını, xarıbülbül çiçəyini, Qarabağ atını, xalqımızın sülh istəyini əks etdirən əsərləri təqdim ediləcək.
Qeyd edək ki, “Bülbüllərin Oyanışı” adlı rəsm əsərində Şuşada “Sarı gəlin” rəqsini ifa edən Azərbaycanın Xalq artisti Təranə Muradovanın obrazı təsvir edilib.
167