Xarici səyahətçilər Cəbrayılda minaların təmizlənməsi prosesini izləyiblər.
Diaspor info-nun məlumatına görə, onlar Cəbrayıl rayonunun Mehdili kəndində aparılan minatəmizləmə işləri ilə tanış olub, həmçinin aşkar olunmuş minaların zərərsizləşdirilməsi prosesini müşahidə ediblər.
Bildirilib ki, bir kvadrat kilometrə üçdən çox mina düşür və gün ərzində təxminən 4-5 mina zərərsizləşdirilir.
Qeyd edək ki, 20-dən çox ölkədən gəlmiş məşhur səyyahların Qarabağa və Şərqi Zəngəzura səfəri təşkil olunub.
Heyətin rəhbəri dünyanın ən nəhəng 4 səyyah klubundan biri olan ABŞ-ın MTP (Most Travelled People-Ən çox Səyahət Edən İnsanlar) klubunun təsisçisi Çarlz Veleydir.
Sentyabrın 10-dək davam edəcək səfər işğaldan azad edilmiş ərazilərin “qara turizm” çərçivəsində tanıdılmasına dair müstəsna əhəmiyyət daşıyır.